Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-742/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən e t d i: İddiaçı BOKT «xxxx» QSC Cavabdeh qarşı «borc» tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh BOKT «xxxx» QSC-nin xeyrinə 474,1 manat əsas borc və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 494,50 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixində BOKT «xxxx» QSC ilə Cavabdeh arasında 055-EMB-1081-19 saylı kredit müqaviləsi və kredit müaviləsinə bir saylı əlavə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə 1015 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 474,10 manat, faiz borcu 0,00 manat, cərimə borcu 0,00 manat olmaqla, ümumi borcu 474,1 manat qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavəsinə uyğun olaraq ödəniş məbləğlərini vaxtlı-vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini bocalandan tələb edə bilər. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən Borcalan öhdəliklərini bu müqavilə ilə və onun əlavəsinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavəsində göstərilən ödəmə ardıcıllığına ardıcıl olaraq 2 dəfə əməl etmədikdə borcverən əsas və faiz borcunun, hesablanmış cərimənin borcalandan borcverənin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx xxxxxx 2021-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış 055-EMB-1081-19 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 12 ay müddətinə 0% dərəcəsi olmaqla 1015 manat məbləğində kredit vermiş, Cavabdeh pulu qəbul edib, ödəniş cədvəlinə müvafiq şəkildə BOKT «xxxx» QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 055-EMB-1081-19 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdehnın BOKT «xxxx» QSC-yə əsas borc üzrə 474,10 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, BOKT «xxxx» QSC-nin xeyrinə Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 474,10 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20,40 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 474,1 manat əsas borc və 20,40 manat dövlət rüsumu olmaqla, cəmi 494,5 (dörd yüz doxsan dörd tam onda beş) manat məbləğində pul tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-742/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-742/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver