Məhkəmə qərarları › İş №2(043)-748/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-748/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-748/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, İddiaçı, x3 iştirakı ilə, İddiaçı cavabdeh x4 qarşı “borc” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh x4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x2 qanuna müvafiq qaydada onun, yəni İddiaçı xeyrinə 12.05.2019-ci il tarixli borc müqaviləsi üzrə 2150 manat, hüquqi yardıma görə 100 manat xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cəmi 2280 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, on iki may iki min on doqquzuncu il tarixdə (12.05.2019) x5 ilə notarial qaydada 2150 manat (iki min yüz əlli manat) məbləğində borc müqaviləsi bağlamışlar və o, 2150 manat məbləğində pulu x4 borc vermişdir. Borc pulu ondan alanda lombarda olan kredit borcunu bağlayacağını bildirmişdir. Müqavilə bağlanarkən belə razılaşıblar ki, müqavilədə nəzərdə tutulan 12 ay vaxt tamam olana qədər hər ay onun minimum 200 manat ödəyəcəkdir və vaxt bitənə kimi borcu tam bağlayacaqdır. Lakin, bundan sonra dəfələrlə ona bildirməyinə və xəbərdarlıqlaq etməyinə baxmayaraq x5 şifahi razılaşdığı kimi hər ay minimum 200 manat olmaqla ona olan borcu ödəməkdən boyun qaçırdıb və öncədən razılaşdıqları qaydada onun cavabdehə borca verdiyi pulu qaytarmaqdan müxtəlif bəhanələrlə ödəməyib və ödəmir. Halbu ki, öncədən borcun aylıq minimum 200 manat olmaqla hissə-hissə qaytarılması barədə şifahi razılaşmışlar. Cavabdehə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. O, isə hal-hazırda ev tikdirir və bununla əlaqədar xeyli xərcə düşmüş və tikinti materialları satan mağazalara xeyli borcu yaranmışdır. Hazırda borclarını qaytara bilməkdə xeyli çətinlik çəkir. Öhdəsində ailəsi və üç oğlan övladı vardır. Dolanışığı çətinləşmişdir. Həmin 2150 manata çox ehtiyacı vardır. Əlavə olaraq onu bildirir ki, ondan borc alan x5 dəfələrlə ona bildirmişdir ki, maddi vəziyyəti xeyli əhəmiyyətli dərəcədə pisləşmişdir və borcu qaytara bilməyəcəyini dəfələrlə bildirmişdir və yaxud ödəyəcəyini desə də ödəniş etməmişdir. Məhkəmə iclasında zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq hüquqi yardıma görə 100 manat xərcin ödənilməsini təsdiq edən sübutunun olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh x5 izahahatında bildirdi ki, İddiaçı borc almış həmin borcu hər ay hissə-hissə ödəməyi öz aralarında razılaşmışlar, lakin maddi imkanının olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. İddianı qismən 2150 manat borc hissəsində qəbul edir, lakin hüquqi yardıma görə 100 manat xərcin ondan tutulmasını qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 12 may 2019-cu il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, x1 müqaviləsinə əsasən İddiaçı tərəfindən 2150 manat borc almış və həmin borcu 10/05/2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə borcun cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh x2 12 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2150 manat borc pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hüquqi yardıma görə 100 manat xərc cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi yardıma görə 100 manat xərc çəkməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh x2 2150 (iki min bir yüz əlli) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x9 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar