Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-750/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə onun xeyrinə 30000 (otuz min) manat, eləcə də məhkəmədə iddia qaldırmaq məqsədilə dövlət rüsumu kimi ödəmədiyi 180 (yüz səksən) manatın alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh X3 Ağayevlə Gəncə şəhərinin “Nizami sovxozu” adlanan ərazisində yerləşən “Sultan Market”-də anbardar işləyən vaxt tanış olmuşdur. 2016-cı ildən 2020-ci ilin may ayına kimi Asəfə nisyə saç boyaları vermiş, onların dəyərini, yaxud dəyərinin bir hissəsini növbəti dəfə saç boyası verəndə almışdır. Yuxarıda qeyd edilən müddətdə Asəf Ağayevin ona 56000 manat borcu yarananda ona mal verməyi dayandırıb, borcun ödənilməsini tələb etmişdir. Asəf hissələrlə həmin məbləğdən 26000 manat qaytara bilmiş, sonra da anası X4 ilə razılaşıb, qalan 30000 manata onunla arasında 24.07.2020-ci il tarixli kredit (borc) müqaviləsi bağlamışdır. Bu borcun Asəfin razılığı ilə Xatirəyə ötürülməsi idi. Cavabdeh doğma oğlunun yükünü könüllü olaraq öz üzərinə götürmüşdür. Müqaviləyə görə Sevda Ağayeva həmin borcdan hər ay 1000 manat ödəməklə cəmi borc ödənişini 24.01.2023-cü il tarixədək başa çatdırmalı idi. Lakin ötən 1 il müddətində cavabdeh ona hər hansı məbləğ ödəməmişdir. Halbuki müqavilə bağlanarkən cavabdeh onu inandırmışdır ki, hər ay ona azı 1000 manat ödəmək imkanı var. Onu da qeyd edir ki, kredit müqaviləsi bağlanan gün cavabdeh Sevda Ağayeva öhdəliyin icrasının təmini üsulu kimi ünvan 1-ni girov qoymuşdur. Odur ki, həmin mənzil hazırda faktiki olaraq Sevda Ağayevadadır. Cavabdehin və onun oğlunun maddi durumunu öyrənib, müəyyən etmişdir ki, bundan sonra da onlar kreditdən heç nə ödəyəsi deyillər, çünki maddi imkanları yoxdur. Beləliklə, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Odur ki, hazırki iddia ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbində göstərilən xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı bu işlə bağlı tanımışdır. Belə ki, İddiaçı onun oğlu Asəf Ağayevlə bir firmada işləmişlər. Oğlu Asəf iddiaçıdan mal aldığına görə ona borcu yaranmış, həmin borcun ödənilməsi üçün o, iddiaçı ilə 24 iyul 2020-ci ildə Gəncə şəhər 5 saylı notariat ofisində borc müqaviləsi bağlamış və oğlu Asəfin iddiaçıya olan 30000 manat borcu ona keçmişdir. Eyni zamanda İddiaçı oğlu həmin gün Asəfə “gəl sizin evi banka girov qoyaq pul götürək”demişdir. Oğlu Asəf də bununla razılaşmışdır. Əslində onlar hazırki borc müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi ünvan 1-nin girov qoyulmasından narazıdırlar. Bu səbəbdən notarius ipotekanın mahiyyətini onlara dəqiq izah etməmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciətlər edəcəklər. İddiaçı ilə aralarında borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlsələr də, sonradan iddiaçı fikrini dəyişmiş və borcun bütövlükdə ondan tutulmasını tələb etmişdir. Onun isə yalnız hər ay iddiaçıya 250 manat pul ödəmək imkanı vardır. Odur ki, iş üzrə qanuni və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış 24.07.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı 30000 manat borc almış və həmin borcu 24.01.2023-cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan-borc alan Cavabdeh arasında bağlanmış Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış 24.07.2020-ci il tarixli, 3M-223 nömrəli ipoteka müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil 3M-222 saylı kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 5 saylı notariat ofisinin 20 oktyabr 2021-ci il tarixli, 1065 saylı məktubundan görünür ki, İddiaçı ilə X5 arasında 24 iyul 2020-ci il tarixdə, 3M-222 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə icra qeydi verilməsi üçün Cavabdeh bildiriş göndərilmiş, lakin sonuncu icra qeydiyinin aparılmasına öz etirazını bildirmiş, bu səbəbdən icra qeydinin aparılması mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin oğlu X9 şəhərinin “Nizami sovxozu” adlanan ərazisində yerləşən “Sultan Market”-də anbardar işləyən vaxt tanış olmuşdur. 2016-cı ildən 2020-ci ilin may ayına kimi iddiaçı cavabdehin oğlu Asəfə nisyə saç boyaları vermiş, onların dəyərini, yaxud dəyərinin bir hissəsini növbəti dəfə saç boyası verəndə almışdır. Asəf Ağayevin ona 56000 manat borcu yarananda iddiaçı ona mal verməyi dayandırmış və borcunu ödəməsini tələb etmişdir. Asəf hissələrlə həmin məbləğdən 26000 manat qaytara bilmiş, qalan məbləği isə anası X4 ilə razılaşıb, qalan 30000 manata onunla arasında 24.07.2020-ci il tarixli kredit (borc) müqaviləsi bağlamışdır. Asəfin iddiaçıya olan borcu tərəflərin razılığı ilə cavabdehə keçmiş-öhdəlik verilmişdir. Başqa sözlə Cavabdeh oğlu Asəf Ağayevin İddiaçı olan borcunu könüllü olaraq öz üzərinə götürmüşdür. Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış 24.07.2020-ci il tarixli, 3M-222 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı 30000 manat borc almış və həmin borcu 24.01.2023cü il tarixədək hər ay 1000 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı ilə ipoteka qoyan-borc alan Cavabdeh arasında bağlanmış Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış 24.07.2020-ci il tarixli, 3M-223 nömrəli ipoteka müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,4 kvadratmetr olan 2 otaqlı mənzil 3M-222 saylı kredit müqaviləsinə əsasən öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin Gəncə şəhəri 5 saylı notariat ofisinin 20 oktyabr 2021ci il tarixli, 1065 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında 24 iyul 2020-ci il tarixdə, 3M-222 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə icra qeydi verilməsi üçün Cavabdeh bildiriş göndərilmiş, lakin sonuncu icra qeydiyinin aparılmasına öz etirazını bildirmiş, bu səbəbdən icra qeydinin aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə, o cümlədən yaranmış münasibətə mülki qanunvericiliyin aşağıda qeyd edilən maddi hüquq normaları çərçivəsində hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəlləsinin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəlləsinin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsqasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Həmin Məcəllənin 522.4-cü maddəsinə əsasən borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Həmin Məcəllənin 522.5-ci maddəsinə əsasən kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə mövcud vəziyyətdə iddia tələbini sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30000 (otuz min) manat tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddianın təmin edilməsi hissəsinə münasibətdə hesab edir ki, məhkəmə xərci qismində dövlət rüsumu olaraq ödənilmiş 180 manat cavabdeh alınıb iddiaçıya verilməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat və məhkəmədə iddia qaldırılması məqsədilə dövlət rüsumu olaraq ödənilmiş 180 (yüz səksən) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-750/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-750/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver