Məhkəmə qərarları › İş №2(043)-751/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-751/2020

24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-751/2020 24.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakıilə, İddiaçı Cavabdeh oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan 4320 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184cü maddəsinin göstərişinə uyğun olaraq bütün sübutların təqdim edilib-edilməməsi aydınlaşdırılarkən müəyyən olundu ki, hər iki tərəf sahibkar olmaqla ərizə aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə elektron məlumatdan görünür ki, İddiaçı sahibkardır. Bundan başqa fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu fərdi sahibkardır. İddiaçı məhkəməyə teleqram verərək işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh göstərdi ki, o fərdi sahibkar olmaqla tikinti materiallarının satışı ilə məşğul olur. İddiaçı isə topdan sement satışı ilə məşğul olur. İddiaçıdan nisyə sement almış lakin pulunu ödəyə bilmədiyi üçün aralarında borcun etirafı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 26.1ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 44.2.2-ci maddəsinəəsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26,44, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh oğluna qarşı borc tələbinə dair 2(043)-751/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinəşikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar