Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-760/2020 14.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun himayəsində olan 15.07.2014-cü ildə doğulmuş x3 və 27.10.2015-ci ildə doğulmuş x1 üçün 154 manat tutulan alimentin hər uşağa miqdarının sabit pul məbləğində 170 manatadək artılaraq ümumilikdə 340 manat alimentin onun xeyrinə tutulmasını, x3 xəstəliyinə görə tutulan 50 manatın eyni ilə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 18.02.2014-cü ildə ailə qurmuşdur. Birgə nikahdan iki övladları 15.07.2014-cü ildə x9, 27.10.2015-ci ildə x10 doğulmuşlar. 10.09.2015-ci ildə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, uşaqların saxlanması üçün alimentin tutulması qət edilmişdir. 09.08.2017-ci ildə Kəpəz rayon məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı 117 manatdan hər uşağa 136 manatadək artırılmışdır. x3 xəstiliyi ilə əlaqədar əlavə xərc 50 manat məbləğində müəyyən edilmişdir. 05.04.2018-ci il tarixli 2(043)-1770/2018 saylı Kəpəz rayon Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı 136 manatdan 154 manatadək hər uşağa artırılmış, x4 xəstəliyinə görə əlavə xərc 50 manat məbləğində eyni ilə saxlanılmışdır. 01.01.2020-ci ildən uşaqlar üçün minimum 170 olduğuna görə alimentin miqdarının 154 manatdan 170 manatadək artırılmasını istəmişdir. Uşaqlar böyüyür təlabatlar artırmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddia tələbini müdafiə edərək bildirdi ki, uşağında xəstəlik var və o böyüdükcə təlabatı və saxlanma xərcləridə artır. Məhkəmədən iddia ərizəsinin təmin edilməsinini, məhkəmə qətnaməsi ilə 15.07.2014-cü ildə doğulmuş x3 və 27.10.2015-ci ildə doğulmuş x2 üçün müəyyən edilmiş 154 manat aliment məbləğinin artırılaraq, hər uşaq üçün hər ay sabit pul məbləğində 170 manat ümumilikdə 340 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh çıxış edərək bildirdi ki, hazırda 865 manat aylıq əmək haqqı alır. Boşandıqdan sonra ikinci dəfə evlənmişdir və hazırda arvadı hamilədir. Aldığı əmək haqqı onun təlabatını ödəmir. Məhkəmədən aliment miqdarını artırarkən ikinci dəfə evlənməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 15.07.2014-cü ildə doğulmuş x3 və 27.10.2015-ci ildə doğulmuş x7 atası Cavabdeh, anası x5r. İddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 avqust 2017-ci il tarixli, 2(043)-5342/2017 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3611/2016 saylı, 29.06.2016-cı il tarixli qətnaməsi ilə 15.07.2014-cü il təvəllüdlü x3 və 27.10.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 (yüz on yeddi) manat məbləğində müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 136 (yüz otuz altı) manat məbləğində, 15.07.2014-cü il təvəllüdlü x3 xəstəliyi ilə əlaqədar əlavə xərc 50 manat məbləğində müəyyən edilmiş və x3 xəstəliyi ilə əlaqədar əlavə xərc qismində Cavabdeh hər ay 50 (əlli) manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli 2(043)-1770/2018 saylı Kəpəz rayon Məhkəməsinin qətnaməsindən görünür ki, 15.07.2014-cü il təvəllüdlü x3 və 27.10.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanılması alimentin miqdarı 136 manatdan 154 manatadək hər uşağa görə artırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği iki uşaq üçün 154 (bir yüz əlli dörd) manatın hazırda uşaqların saxlanılmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur, hazırda Cavabdeh tərəfindən ödənilən iki uşağa görə 154 (bir yüz əlli dörd) manat aliment 05.04.2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən 2 ilə yaxın müddət keçmiş, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, iddia təmin edilməli, uşaqların mənafeləri, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alınaraq, onların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi üçün məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən hər uşaq üçün tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində, yəni hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, cavabdehin hərbiçi olmaqla əmək haqqının stabil olması, ikinci dəfə evlənməsi onun yetkinlik yaşlarına çatmamış uşaqlarının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay hər bir uşağa görə 170 manat cəmi 340 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli 2(043)- 1770/2018 saylı qətnaməsi ilə 15.07.2014-cü il təvəllüdlü x3 və 27.10.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində iki uşağa görə cəmi 154 manat tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Əvvəlki qətnamə ilə x3 xəstəliyinə görə tutulan 50 manat aliment məbləğinə məhkəmə tərəfindən münasibət bildirilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan artırılmış alimentin bir il ərzində məcmusu 500 manatdan az təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.04.2018-ci il tarixli, 2(043)-1770/2018 saylı qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 15.07.2014-cü il təvəllüdlü x3 və 27.10.2015-ci il təvəllüdlü x7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin artırılmış hissədə tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20,0 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x17 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: i Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-760/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-760/2020
14.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver