Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-760/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əvəzinə ödədiyi əmək haqqından tutulmuş və nağd ödədiyi cəmi 3500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabbdehə 02 iyul 2013-cü ii tarixli 947 saylı kredit müqaviləsinə kredit verilmiş, o da kreditin zamini olmuşdur. Özü hərbiçidir. Belə ki, borclu Cavabdeh götürdüyü kredit məbləğini ödəmədiyi üçün həmin kreditin ödənilməsi barədə Ağstafa rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli məhkəmə əmri ilə borcun onlardan tutulması qərara alınmışdır. Ondan sonra həmin borc onun əmək haqqına yönəldilmiş və həm əmək haqqından, həm də özü nağd ödənişlər etməklə cavabdehin əvəzinə 3500 manat pul ödəmişdir. Dəfələrlə o, həmin məbləği almaq üçün cavabdehin ünvanına getsə də heç bir nəticə əldə etməmişdir. Hazırda cavabdeh hər vasitə ilə borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək və iddianı etiraf etməsi barədə ərizəsini təqdim edərək izahatında bildirdi ki, həqiqətən də onun Bank qarşısında yaranan və onun tərəfindən ödənilməli olan pul məbləği iddiaçının hesabına banka ödənilmişdir. Lakin, maddi vəziyyəti ilə əlaqədar olaraq iddiaçıya pulunu bir dəfəyə qaytara bilmir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin 2(015)-610/2015 saylı 13.04.2015-ci il tarixli məhkəmə əmrinin surətindən 14 dekabr 2018-ci il tarixli xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Xəqani küçəsi ev 38-də yaşayan Cavabdeh (kredit alan) və xx.xx.1985-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Ağstafa rayonunun Soyuq-Bulaq qəsəbəsində yaşayan İddiaçı (zamin) və 16.01.1991-ci ildə Tər-Tər şəhərində anadan olmuş, Tər-Tər şəhəri T.Rəhimov küçəsi ev 48-də yaşayan X1 (zamin) müştərək qaydada 2320 (iki min üç yüz iyirmi) manat 62 qəpik əsas, 1504 (bir min beş yüz dörd) manat 86 qəpik faiz olmaqla, cəmi borcu 3825 (üç min səkkiz yüz iyirmi beş) manat 48 qəpik məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu kreditor "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Ağstafa Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 22.10.2019-cu il tarixli məktubdan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-610/2015 saylı 13.04.2015-ci il tarixli qərarın icrası ilə əlaqədar qərar qəbul edildikdən sonra borclular Cavabdeh, İddiaçı və X2 tərəfindən 400 manat ödəniş edilmiş, bundan sonra borcluların 3425,48 manat kredit borcu və 20 manat dövlət rüsumu borcları qalmışdır. Borclulardan İddiaçı N saylı hərbi hissədə işləyir. Tələbin borclunun gəlirinə yönəldilməsi xahiş edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Ağstafa rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 05.12.2021-ci il tarixli 1673 nömrəli məktubdan görünür ki, Ağstafa rayon məhkəməsinin 2(015)-610/2015 nömrəli, 13.04.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı əmək haqqından "xxxx" ASC-nin xeyrinə pul tutulması barədə icra sənədi daxil olmuşdur. 18.11.2021-ci il tarixə tələbkar "xxxx" ASC-nn hesabına 2700 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı (və onun ailə üzvü) tərəfindən borclu Cavabdeh kredit borcuna görə 3 dəfəyə cəmi 751 manat (500 manat, 231 manat və 20 manat) pul "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan 01.12.2021-ci il tarixli, 3725 nömrəli məktubdan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-610/2015 saylı 13.04.2015-ci il tarixli icra vərəqəsinə üzrə borclular Cavabdeh, İddiaçı və X2 tərəfindən ödənilməli olan borc tam şəkildə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış tərəflərin izahatları və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, Bank ərizə ilə məhkəməyə müraciət edərək borclu və zaminlərdən müştərək qaydada pulun tutulmasını tələb etmiş və məhkəmənin əmrinə əsasən yaranmış borcun borclu və zaminlərdən müştərək qaydada tutulması əmr edilmişdir. Məhkəmə əmri icra yönəldildikdən sonra əsas borclu Cavabdeh tərəfindən borcun ödənilməsi tam şəkildə icra edilməmişdir. Bundan sonra tələb digər borclu (zamin) İddiaçı əmək haqqına yönəldilmiş, onun əmək haqqından 2700 manat pul tutularaq banka ödənilmiş, əlavə olaraq da özü 751 manat pul banka ödəmişdir. Məhkəmə iclasında cavabdeh özü də iddianı qəbul edərək, onun tərəfindən ödənilməli olan pul məbləğinin iddiaçının hesabına banka ödənildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətində zamin olan İddiaçı borclunun əvəzinə öhdəliyi icra etdiyi həcmdə pul tələbini borclu (cavabdeh) Cavabdeh qarşı irəli sürməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3451 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3451 (üç min dörd yüz əlli bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-760/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-760/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver