Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-785/2020 12.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dairiddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 (üç min dörd yüz) manat məbləğind verdiyi pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh dostu halhazırda şahid qismində ifadə verməyə razı olan x8 vasitəsi ilə tanımışdır. Şahid x13 onun da münasibətdə olduğu yoldaşdır. Cavabdeh nəqliyyat vasitəsinin alqı-satqısı ilə məşğul olaraq münasib qiymətlərə nəqliyyat vasitələri almış, sonra isə həmin nəqliyyat vasitələrini almandan bir az baha qiymətə sataraq gəlir əldə etmiş və bu yolla öz ailəsini dolandırırmış. Cavabdeh özünü “maşın alverçisi” qismində biruzə vermişdir. Bir müddət sonra cavabdeh, ona yaxın adamına məxsus olan **-LU-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı Sedan, buraxılış ili 2003-cü il, mühərrik-7437297 nömrəli, ban- XTA**********1570, rəngi-ağ olmaqla x3 məxsus olan nəqliyyat vasitəsini münasib qiymətə alıb ona verəcəyini bildirib. Əsas olaraq bildirmək istəyir ki, **-LU-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı nəqliyyat vasitəsini sahibkarı olan x2 oğlu ilə razılığa gəlinib və həmin nəqliyyat vasitəsi 4500 (dörd min beş yüz) manat məbləğində qiymətləndirilib. Cavabdeh **-LU-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21074” minik markalı nəqliyyat vasitəsini sahibkar olan x2 oğlu ilə yaxın münasibətdə olduğunu bildirib və razılıq əsasında 3400 (üç min dörd yüz) manat pulu verdikdən sonra, qalan 1100 (bir min yüz) manatı tez bir müddətdə verə biləcəyinə möhlət verilməsi Cavabdeh tərəfindən bildirilmişdir. Şahid x8 yanında bu hadisələr baş vermişdir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh Turalın həmin ərəfələrdə eyni qaydada dostu olan Vüsala da maşınla bağlı borcu yaranıb və buda onunla bağlı son iş deyil o saxtakarlıqla məşğul olaraq çox adamın eyni formada başına oyunlar açıb və hal-hazırda Turalla bağlı bir çox nəfər məhkəməyə müraciət edib. Bunları əsaslı sübütlarda lazım olarsa məhkəmə tərəfindən sorğu verilib əldə etmək olar. Demək, olan hadisə ilə polis nümayəndəsi tərəfindən yeni tanış olub. Gəncə şəhər Yol Polisi tərəfindən saxlanılıb və məcburi olaraq duracağa aparılıb və orda ona tam izah gətirilib ki, cavabdeh Tural saxtakarlıqla məşğul olaraq onun başına bu hadisəni gətirib. Noyabır ayının əvvələrinə təsadüf edir baş vermiş insident. İş materiallarına əlavə olaraq qeyd etmək istəyir ki, nəqliyyat vasitəsinin sahibkarı olan x2 adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi olan x9 və həmçinin onun xalası oğlu Əliyev Emillə birlikdə gəlib Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin axtarış üzrə baş inspektoru Samir müəllim tərəfindən sənədlər və maşın təhvil veriləndə həmin şəxslərlə tanış olub və onların dediklərini qeyd etmək istəyir ki, iş materiallarına əlavə olunsun (lazım olarsa əlaqə nömrəmizi qeyd edə bilərsiz və işinizi bu saxtakarlıq işləri ilə məşqul olan Turalla bağlı bir neçə buna bənzər qaydada maşınları satıb onlara isə pullarını verməmişdir, sadəcə maşınları Dövlət Yol Polisləri tərəfindən tapılıb onlara təhvil verildikdən sonra vəkilinə iddianı verilməməsi ilə işin dayandırılmasını istəyib ki, məhkəməyə təqdim edilməsin. Avtomaşınlarını tapıb sizin kimi belə normal vətəndaşlardan alandan sonra hər birinə bildiriblər ki, zərər çəkən hal-hazırda sizsiz borcla pul tapıb bir maşın almısız və o saxtakar Turala görə indidə həm borc tapıb qaytarmalı olduğunuz pulu verməlisiz, həmdə maşınsız qalmısız çünki Turaldan ona verdikləri maşınların pulunu ala bilmədikcə məcbur olaraq maşınları götürmək məcburiyyətində qalıblar. Ona görə də məhkəmədə şahid kimi onuda qeyd edə bilərsiz ki, o, x9 və həmçinin xalası oğlu Əliyev Emillə birlikdə təsdiq edəcək ki həmin saxtakar Turalın bu birinci yox bir neçənci işidi ki, belə saxtakarlıqla məşğul olub bir neçə insandan pul alıb avtomaşınları etibarnamə ilə öz aləmində satıb adi vətəndaşlarında pulunu cibinə qoyub və onlara, pulu maşınların sahibkarı olan onlara verdiyini bildirib. Lazım, gələrsə əgər, amma calışıb onun gəlib iştirakı olmasın çünki o, iş adamıdır Bakı şəhərindən gəlib Gəncə şəhərində məhkəmələrdə o dələduz Turala görə süründürməciliyə məruz qalmaq istəmir, amma son anda onların təsdiqinə ehtiyac qalarsa sizin kimi səmimi insanın xatirinə gəlib iştirak edərəm və olanları şahid qismində ispatlamağa razılıq bildirər. Saxtakarlıqla məşğul olub ondan 3400 (üç min dörd yüz) manat pulu alaraq etibarnamə ilə sahibkar olan x4 və digər etibarnamə ilə sahibkar olan xalası oğlu Əliyev Emilə verildiyini bildirmişdir. İddiaçı olaraq o, İddiaçı 3400 (üç min dörd yüz) manat pulu “xxxxxxxxx” ASCdən 25.07.2019-cu il tarixli ***-*******TK110719-02 nömrəli ipoteka müqaviləsinə əsasən həyat yoldaşı olan x1 adına (9000 manat pul 24 %-ilə, 48 aya, 0-ay güzəşt müddəti, müştəri nömrəsi 7153913, müqavilə 014- 153913TK110719-02 nömrəsi, AZ58AMRA******************** nömrəli )16.08.2019-cu il tarixidə pul və ödəniş cədvəli yoldaşına təqdim olundu. Təbii ki, həmin 9000 (doqquz min) manat məbləğində pulun 3400 (üç min dörd yüz) pulu saxtakarlıqla onun başına oyun acan və bugün ki gündə onu və bir çox insanları süründürməçiliyə məruz qoyub, həmin 9000 (doqquz min) manat pul məbləğinin qalan hissəsi isə 5600 (beş min altı yüz) manatı evimizdə şəraitin pis olduğundan təmir işlərinə xərclənib. Cavabdeh 3400 (üç min dörd yüz) manat pulu verib və bunlar şahid x8 yanında baş verib. “Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı, Buraxılış ili 2003-cü il, Mühərrik-7437297 nömrəli, ban- XTA**********1570, Rəngi-Ağ nəqliyyat vasitəsi 01.03.2019-cu il tarixdə qeydiyyat şəhadətnaməsinin əsasında Turaldan ona etibarnamə əsasında 2(iki) il müddətinə və yaxud da ki 01.10.2019-cu il tarixdə sürmək üçün etibarnamə ilə ona satılıb. Əlavə olaraq mobil telefon vasitəsi ilə yazışmaları və səs yazıları qeydə alınıb və yaddaşda saxlanılıb, Turalın özünündə 3400 (üç min dörd yüz) manat məbləğində pulu qaytarması ilə səs yazmaları və yazışmalar əsasında da sübutlar var. Dəfələrlə bəhanə gətirib pulu qaytarmaqdan yayınmasına görə də yazışmalar var və həmin yazışmaları telefonun yaddaşından çıxarıb bir nüsxəsini sizə şəxsən məlumatlı olsun deyə təqdim edəcək. Bu səbəbdən oda qərara gəlib ki, pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x13 ifadəsində bildirdi ki, o İddiaçı və Cavabdeh şəxsən tanıyır. Həqiqətən də İddiaçı “Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomolin satın alınması ilə bağlı 2019-cu ilin sentyabr ayında Cavabdeh yaşadığı evdə onun yanında 3400 (üç min dörd yüz) manat pul vermişdir, avtomobilin dəyərindən qalıq borc 1100 (bir min yüz) manatı isə hər ay hissə-hissə ödənilməsi barədə razılaşmışlar və Elçinin adına etibarnamə verilmişdir. Bundan təxminən bir ay sonra avtomobilin mülkiyyətçilərinin müraciəti əsasında qeyd edilən avtomobil Elçindən alınaraq onlara qaytarılmışdır. Cavabdeh aldığı pulu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş hesab edilərək, məhkəmə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, x6 mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı avtomobili onun adından Etibarnamə əsasında nümayəndə kimi x11 iki il müddətində idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 26.11.2019-cu il tarixli məktubundan və ona əlavə olunmuş arayışın surətindən görünür ki, Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil mülki etibarnamə əsasında 23.11.2019-cu il tarixdə x4 baxış aktı ilə şahidlərin iştirakı ilə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, iddia ərizəsinə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh “Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə 2019-cu ilin sentyabr ayında 4500 manata razılığa gəlmişlər, Cavabdeh yaşadığı evdə sahibliyində olan “Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərindən 3400 (üç min dörd yüz) manat pul İddiaçı almış, avtomobilin dəyərindən qalıq borc 1100 (bir min yüz) manatı isə hər ay hissə-hissə ödənilməsi barədə razılaşmışlar və avtomobili İddiaçı təhvil vermiş və onun adına etibarnamə verilməsini təmin etmişdir. x6 mülkiyyətində olan **-LU-*** dövlət qeydiyyat nişanlı “Vaz 21074” minik markalı avtomobili onun adından Etibarnamə əsasında nümayəndəsi x7 müraciəti əsasında 23.11.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən İddiaçı “Vaz 21074” minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq x10 qaytarılmış, lakin Cavabdeh tərəfindən avtomobilin dəyəri olaraq alınmış 3400 manat pulu İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1 və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında qanunvericiliklə müəyyən olunmuş qaydada avtomobilin alqı-satqısına dair hər hansı müqavilə bağlanılmamış, gələcəkdə bu müqavilənin bağlanacağı niyyəti ilə razılığa gəlinmiş, cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyək verdiyi avtomobili geri almış, lakin iddiaçıdan aldığı 3400 manat pulu qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıdan hər hansı qanuni və ya müqavilə əsası olmadan 3400 (üç min dörd yüz) manat məbləğində pul alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dairiddiası təmin edilməli, Cavabdeh 3400 (üç min dörd yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat pul və 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün x20 Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1(bir) аy müddətində x20 Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-785/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-785/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver