Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-789/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7554 manat pulun, həmçinin məhkəməyə ödədiyi 97 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, uzun illərdir ki, cehizlik əşyalarının pərakəndə satışı ilə məşğul olur. Cavabdeh ilə tanışlıqları 2 il öncə onun əmisi qızı Jalə vasitəsilə olmuşdur. Belə ki, Jalə ondan mal almışdır. Vüsalə bir dəfə Jalə ilə birlikdə onlara gəlmişdir. Həmin vaxtdan sonra Vüsalə ilə alış-verişləri başlamışdır. İlk öncə cehiz əşyalarını az-az almışdır. Bir müddət sonra pulunu qaytarmışdır. Beləliklə, o onun güvənini qazanmışdır. Ümumilikdə 2 il ərzində ona 10474 manat həcmində mal satmışdır. Həmin məbləğdən 2920 manat ödəniş etmişdir. Bu gün Cavabdeh ona ödənilməmiş 7554 manat borcu qalmışdır. Bir ilə yaxındır ki, borcundan hər hansı ödəniş etmir. Dəfələrlə pulunu ondan tələb etsə də bir bəhanə ilə borcun ödənilməsindən yaymır. Məcburiyyət qarşısında qalaraq Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinə müraciət edərək pulumu ondan tələb etmişdir. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi tərəfindən ona 14.02.2022-ci il tarixli, 122-2587M-3222 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, müraciətiniz mülki xarakterlidir. Yəni, tanışınız olan Cavabdeh ilə aranızda olan mülki mübahisənizin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə baxışı iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında ki, İddiaçı iddia tələbini qismən qəbul edir. İddiaçıya aldığı borca görə 3000 manat, 1300 manat məbləğində isə mal aldığına görə borcu vardır. İddiaçıya ümumilikdə 4300 manat borcu vardır. İddia tələbini isə qalan hissəsini isə qəbul etmir. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh Gəncə şəhər BPİ-nin Kəpəz RPİnə verdiyi izahatından görünür ki, o, 2900 manat İddiaçı sələm qaydasında pul almışdır. 1200 manat dəyərində cehiz əşyaları olmuşdur. Ümumilikdə onun 4100 manat məbləğində borcu vardır. İddiaçı göstərdiyi 7500 manat aldığı sələmin faizini hesablamışdır. Onu da qeyd etmişdir ki, səhhəti ilə əlaqədar ona olan borcunu qaytara bilməmişdir. Lakin, bir müddət sonra İddiaçı olan 4100 manat borcunu qaytaracaqdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə tanış olmuşlar. İddiaçı cavabdehə hissə-hissə ödəmək şərti ilə nisyə cehiz əşyaları vermiş, Vüsalə Vəliyevə aldığı cehiz əşyalarını qazanc əldə etmək məqsədi ilə digər şəxslərə satmış, elektrik mallarının dəyərinə görə yığılmış puldan müəyyən ödəniş etdikdən sonra isə 1300 manat borcu qalmışdır. Bundan əlavə iddiaçı cavabdehə 3000 manat məbləğində pulu sələm olaraq borc qismində vermiş və cavabdeh isə həmin borc məbləğindən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh isə İddiaçı iddia tələbini qismən qəbul edir. İddiaçıya 3000 manat sələm olaraq, 1300 manat məbləğində pul isə malın pulundan verəsidir. İddiaçıya ümumilikdə 4300 manat borcu vardır. İddia tələbini isə qalan hissəsini isə qəbul etmir. Həmçinin, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Vüsalə Vəliyevə İddiaçı 4300 manat borc alması cavabdehin özünün izahatları ilə də təsdiq edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəlləsinin 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəlləsinin 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmçinin, iddiaçının 7554 manat pulun (4300 manat hissəsi istisna olmaqla) qalan hissəsinin Cavabdeh verməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən tələbi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4300 manat məbləğində borc pul alınaraq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddianın təmin edilməsi hissəsinə münasibətdə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 63 manatının cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat və məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş dövlət rüsumunun 63 (altmış üç) manatı tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-789/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-789/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver