Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-8/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 29205,28 ABŞ dollar əsas, 6572,70 ABŞ dollar faiz, 3559,88 ABŞ dollar cərimə olmaqla cəmi 39337,86 (otuz doqquz min üç yüz otuz yeddi ABŞ dollar, 86 sent) ABŞ dolları kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka predmeti olan Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evi və 0,033 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda 85000 manata satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödınilməsi və əmlak satıldıqdan sonra Cavabdeh1 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti iddia həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29205,28 ABŞ dolları əsas, 12691,04 ABŞ dolları faiz, 16662,82 ABŞ dolları cərimə olmaqla cəmi 58559,14 (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları 14 sent) ABŞ dolları kredit borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 20 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 10 manat məbləğində rüsumun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənilmiş 354 manat məbləğində qiymətləndirmə xərcinin «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka predtmeti olan Gəncə şəhəri, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evi və 0,033 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 85000 manat müəyyən edilərək hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra Cavabdeh1 ipoteka predmeti olan fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılması barədə qətnamə qəbul edilmməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin artırıldığı kimi baxmışdır. Məhkəmə iclasında iddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 30000 manat məbləğində bank hesabı (cari, ssuda) açılmışdır.Borcalana həmin hesabdan xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 37500 ABŞ dolları məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 447micGNDJi/15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evi və 0,033 ha torpaq sahəsi ilə birlikdə «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və xx.xx.2015-ci il tarixdə DƏDRX tərəfindən dövlət qediyyatına alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilədən gələn öhdəliyi yerinə yetirməkdən yayındıqları üçün hazırda 29205,28 ABŞ dolları əsas, 12691,04 ABŞ dolları faiz, 16662,82 ABŞ dolları cərimə olmaqla cəmi 58559,14 (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları 14 sent) ABŞ dolları borcu qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, maddi imkanı zəif olduğundan borcu indiyə kimi ödəyə bilməmişdir. Əsas borcunu və faiz borcunu qəbul edir və onu yenidən qrafik tərtib olunmaqla ödəməkdən boyun qaçırmır. Dolların Azərbaycan manatına münasibətdə əhəmiyyətli dərəcədə qalxmasını nəzərə alaraq iddia tələbinin cərimə hissəsində təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli 447micGNDJ/15-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh1 «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə yəni xx.xx.2020-ci il tarixə kimi 30000 manat məbləğində bank hesabı (cari, ssuda) açılmış, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh2 zamin kimi kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 tarixli əlavə kredit müqaviləsi və ona əlavə olunmuş 1 saylı əlavədən görsənir ki, Cavabdeh1 «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36 ay müddətinə yəni xx.xx.2018-ci il tarixinə kimi illik 24% ödəmək şərti ilə 37500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 447micGNDJi/15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə, 2 saylı fərdi yaşayış evini 0,033 ha torpaq sahəsi ilə birlikdə «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2019-cu il tarixli maliyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 “«Unibank» KB Açıq Səhmdar Cəmiyyətinə 29205,28 ABŞ dolları əsas, 12691,04 ABŞ dolları faiz, 16662,82 ABŞ dolları cərimə olmaqla cəmi 58559,14 (əlli səkkiz min beş yüz əlli doqquz ABŞ dolları 14 sent) ABŞ dolları məbləğində kredit borcu vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli, çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə , 2 saylı fərdi yaşayış evi 0,033 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına rəsmi reyestrdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli, çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə , 2 saylı fərdi yaşayış evi 0,033 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2015-ci il tarixli 447micGNDJ/15-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixdən 60 ay müddətə «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş Cavabdeh1 oğluna və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə təqdim olunmuşdur. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İpoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsinə dair “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli , 0724/18/UB nömrəli rəydən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngə ünvanında yerləşən 0,033 ha olan torpaq sahəsinin və 2 saylı fərdi yaşayış evinin qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci tarixli, 14406 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 30334,35 ABŞ dolları əsas, 8210,50 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. 453 nömrəli hesab fakturasının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə «Unibank» KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” MMC-nin hesabına ipoteka predmetinin qiymətləndirilməsi üçün 354 manat məbləğində qiymətləndirmə xərci ödənilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında zaminliklə və ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin ABŞ dolları olmasını və ABŞ dollarının manat olan məzənnəsinin əhəmiyyətli dərəcədə qalxmasını nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirilməli və 16662,82 ABŞ dolları məbləğində cərimə azaldılaraq 662 ABŞ dolları həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 tarixli əlavə kredit müqaviləsi üzrə 29205,28 ABŞ dolları əsas, 12691,04 ABŞ dolları faiz, 662 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 42558,32 ABŞ dolları (qırx iki min beş yüz əlli səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, ipoteka predtmeninin qiymətləndirilməsi üçün ödənilmiş 354 manat qiymətləndirmə xərci alınaraq «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməli, tutma xx.xx.2015-ci tarixli, 447micGNDJi/15 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngədə yerləşən 0,033 ha torpaq sahəsi ilə birlikdə 2 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalı,ilkin satış qiyməti 95 (doxsan beş min) manat müəyyən olunmaqla, onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Gəncə şəhəri, Kəpəz Rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evindən çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci tarixli, 447micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə 29205,28 ABŞ dolları əsas, 12691,04 ABŞ dolları faiz, 662 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 42558,32 ABŞ dolları (qırx iki min beş yüz əlli səkkiz ABŞ dolları 32 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, ipoteka predtmeninin qiymətləndirilməsi üçün ödənilmiş 354 manat qiymətləndirmə xərci və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Tutma xx.xx.2015-ci tarixli, 447micGNDJi/15 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngədə yerləşən 0,033 ha torpaq sahəsi ilə birlikdə 2 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın və ilkin satış qiyməti 95000 (doxsan beş min) manat müəyyən edilsin. Tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş vəsait hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 447micGNDJ/15 nömrəli kredit müqaviləsi üzrə «Unibank» KB Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsi, 1-ci döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-8/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-8/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver