Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-8/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsinin ləğv olunması, cavabdehdən xx.xx.2014-cü il tarixli, 250 nömrəli kredit müqaviləsi üzrə 10177,45 manat əsas, 391,83 manat faiz, 402,03 manat cərimə olmaqla, cəmi:-10971,31 (on min doqquz yüz yetmiş bir manat 31 qəpik) manat kredit borcunun, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi, tutulmanın kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 204 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi, 12 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzil açıq hərracda satılmasına, satışdan əldə edilmiş məbləğ hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi və mənzil açıq hərracda satıldıqdan sonra mənzilin bir ay ərzində boşaldıldırması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması fondunun xeyrinə 10177,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1257,97 manat faiz, 1385.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900,68 manat faiz olmaqla, ümumilikdə 14722 manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəmədə işin baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi 12 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılmasına, satışdan əldə edilmiş məbləğ hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi və mənzil açıq hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh və evdə yaşayan digər şəxslərin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X4 məhkəyə ərizə təqdim edərək Cavabdeh 10177,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1257, 97 manat faiz, 1385.90 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900, 68 manat faiz, ümumilikdə 14722 manat məbləğində borcun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə deyil ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə MPM-nin 53-cü maddəsinə iddia tələbinə iddia həcminin artırılması kimi baxılmışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı müdafiə edib göstərdi ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6 faiz olmaqla 14500 manat kredit verilmişdir. Kreditin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh arasında xx.xx.2014- cü il tarixli, 204 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi 12 nömrəli evin 3 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2014-cü il tarixli, 250 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-dən 36 ay müddətinə, illik 6 faiz olmaqla 14500 manat məbləğində kredit götürmüşdür; xx.xx.2014-cü il tarixli, 204 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında ipoteka müqaviləsi bağlanmış. Həmin müqaviləyə əsasən xx.xx.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi 12 nömrəli evin 3 nömrəli mənzili bank qarşısında ipoteka qoyulmuşdur; Ləğv prosesində olan İddiaçı ASC-in Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, banka olan borcunun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixə 10177,45 manat əsas, 391,83 manat faiz, 402,03 manat cərimə, olmaqla ümumilikdə 10971,31 manat kredit borcu vardır; xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixinə 10177,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 1257, 97 manat faiz, 1385,90 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900,68 manat faiz olmaqla ümumilikdə 14722 manat kredit borcu vardır; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında) yerləşən 12 nömrəli evin 3 nömrəli mənzili xx.xx.2014-cü il tarixli, 250 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixdən 36 ay müddətə ləğv prosesində olan İddiaçı ASC-in Gəncə filialının xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır; Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, bildirişdən görünür ki, Cavabdeh bildirişi xx.xx.2017-ci il tarixdə almışdar; Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizədən görünür ki, bildiriş xx xxxxxx 2017-ci il tarixdə DƏDRX-də qeydiyyata alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 0485/18/ZB saylı rəydən görünür ki, ünvan 2 ünvanındakı 9 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 130.8 m2 ümumi, 79 m2 yaşayış və 51.8 m2 yardımcı sahədən ibarət, 4 otaqlı, 3 nömrəli mənzilin hazırkı dövrə orta bazar dəyəri 30.000 (otuz min) manat təşkil edir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və ya satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu və cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz surətdə yüksək qiymətləndirilməli və 1385,90 manat cərimə məbləği azaldılaraq 85 manat həddində müəyyən edilməlidir. Faiz borcunun tutulmasına gəldikdə isə məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra faiz borcu hesablamaqda iddiaçı haqlı olmamışdır. Belə ki, xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışında faiz borcu 391,83 manat göstərildiyi halda ondan sonrakı dövrdə də iddiaçı tərəfindən faiz borcu hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcu hissəsində 391,83 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsi üzrə 10177,45 manat əsas, 391,83 manat faiz, 85 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900, 68 manat faiz (əldən çıxmış fayda) olmaqla ümumilikdə 12554,96 (on iki min beş yüz əlli dörd manat 96 qəpik) manat kredit borcu tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xərc tutulub ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə ödənilməli, tutma xx.xx.2014-cü il tarixli, 204 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi), 12 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilməli və həmin mənzil açıq hərracda satılaraq, ilkin satış qiyməti 30 000 (otuz min) manat qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi), 12 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2014-cü il tarixli 250 nömrəli kredit müqaviləsi üzrə 10177,45 manat əsas, 391,83 manat faiz, 85 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2021-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanmış 1900, 68 manat faiz (əldən çıxmış fayda) olmaqla ümumilikdə 12554,96 (on iki min beş yüz əlli dörd manat 96 qəpik) manat kredit borcu tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xərc iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma xx.xx.2014-cü il tarixli, 204 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi) 12 nömrəli evin 3 nömrəli mənzilinə yönəldilsin və həmin mənzil açıq hərracda satılsın. Həmin mənzilin açıq hərracda ilkin satış qiyməti 30000 (otuz min) manat olmaqla, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli, 250 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait ipoteka qoyan Cavabdeh qaytarılsın. Həmin əmlaka tutma yönəldikdə və hərracda satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Avtozavod yaşayış massivi (Süleyman Rəhimov küçəsi), 12 nömrəli evin 3 nömrəli mənzilindən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-8/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-8/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver