Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-8/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “icra və hərrac xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası ilə bağlı hərrac xərci olaraq 13132 manat, icra xərci olaraq 45963,75 manat məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın), həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 59125,75 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli 2(104)-728/2016 saylı qətnaməsinə əsasən ümumilikdə 330973,02 ABŞ dolları və 436297,05 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutulması və tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmetləri olan Gəncə şəhəri Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi və həmin əmlakları açıq hərracdan satılaraq satışdan əldə olunmuş məbləğlərdən banka ödənilməli olan borcun bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlaklar satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar 18 aprel 2018-ci il tarixli, 19/03 və 19/04 saylı hərracın nəticələri barədə yekun Protokollara əsasən 497250 manat vəsaitə və 159375 manat vəsaitə “X5 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və çıxarışların alınması ilə bağlı da müvafiq orqana rəsmi müraciət edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlakların bankın mülkiyyətində keçirilməsi ilə hərrac xərci olaraq 13132 manat, icra xərci olaraq 45963,75 manat məbləğində vəsaitlər bank tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərdən bank qarşısında götürdükləri kredit öhdəliklərini pozduqları üçün tələb üzrə tutmanın yönəldiyi ipoteka predmetləri olan Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evinin və Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası ilə bağlı keçirilmiş hərracın xərci kimi bank tərəfindən ödənilmiş 13132 manat pul vəsaitinin və icra şöbəsinə bank tərəfindən ödənilmiş 45963,75 manat pul vəsaitinin banka vurulmuş ziyan kimi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsinin icrasına aid məsələ 2021-ci il oktyabr ayında borcun tam ödənilməsi ilə yekunlaşmışdır. Tərəflər arasında hər hansı bir tələbin və öhdəliyin olmaması barədə yazılı razılaşma tərtib edilmişdir. İşin 2018-ci ildə başladılması və bu müddət ərzində icraatın dayandırılaraq yenidən təzələnməsi iddiaçının öz imzası ilə təsdiqlədiyi razılaşmanın pozulması və əsassız tələblərin irəli sürməsi deməkdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.12.2014-cü il tarixli 2(043)-2549/2014 saylı qətnaməsinə əsasən iddiaçı “YapıKredi Bank Azərbaycan» QSC ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli, 54444/05 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 25 oktyabr 2013-cü il tarixli, 1 nömrəli kredit sazişinə əsasən 283588,21 ABŞ dolları əsas, 45384.81 ABŞ dolları əsas məbləğə hesablanmış faiz, 2000 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 330973,02 (üç yüz otuz min doqquz yüz yetmiş üç dollar, 02 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə və 25 oktyabr 2013-cü il tarixli, 2 və 3 nömrəli kredit sazişlərinə əsasən 373298,80 manat məbləğində əsas, 54900,75 manat məbləğində faiz, 8000 manat cərimə məbləği, məhkəmə xərcləri qismində ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 62 manat, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 5.50 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 436297,05 (dörd yüz otuz altı min iki yüz doxsan yeddi manat, 05 qəpik) manat tutularaq, iddiaçı “X5” QSC-yə ödənilməsi, mütəxəssis rəylərinin verilməsi üçün 130 (yüz otuz) manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq, "xxxx" MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh4 qızma məxsus, 0.0297 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1013.7 kv.m, 1,2 mərtəbəli və mansardan ibarət olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına (RX seriyalı, ******* nömrəli çıxarış) və Cavabdeh2 məxsus, 0.058 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 140.5 kvm yaşayış, 295.8 kvm köməkçi sahədən ibarət olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (MH seriyalı, ******* nömrəli çıxarış) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti ******* (bir milyon beş yüz min) manat məbləğində, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti isə 430000 (dörd yüz otuz min) manat dəyərində müəyyən edilməsi, qətnamənin tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində icrası qaydası kimi, ilkin olaraq Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası açıq hərracda satışa çıxarılsın. Həmin ipoteka predmetinin hərracda realizəsi baş tutmadığı və ya tələb hər hansı bir başqa səbəbdən həmin əmlaka görə təmin edilə bilmədiyi halda, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satışa çıxarılması, iddia tələbinin ünvan 2 ünvanda yerləşən yaşayış evinin ilkin satış qiymətinin 250000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 600000 manat olmaqla açıq hərracdan satılması hissəsində və qalıq dəbbə pulu hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 30.03.2016-cı il tarixli 2(104)- 728/2016 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2(043)-2549/2014 saylı qətnaməsi ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiymətinin ******* (bir milyon beş yüz min) manat məbləğində, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin isə 430000 (dörd yüz otuz min) manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının açıq hərracda ilkin satış qiyməti 780000 (yeddi yüz səksən min) manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.09.2016-cı il tarixli 2(102)-4235/2016 saylı qərarına əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və onların vəkili X3 oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2016-cı il tarixli, 2(104)-728/2016 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 18.04.2018-ci il tarixli 19/03 saylı hərracın nəticələri barədə yekun Protokola əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi 159375 manat məbləğə "xxxx" QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan 18.04.2018-ci il tarixli 19/04 saylı hərracın nətiəcələri barədə yekun Protokola əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış evi 497250 manat məbləğə "xxxx" QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan 01.05.2018-ci il tarixli 227 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh4 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Z.Məmmədov küçəsi ev 28 ünvanının qiymətləndirilməsi ilə bağlı 13132 manat ödəniş edilmişdir. İş materiallarında olan Hərrac Mərkəzi "xxxx" MMC-nin 10.03.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" QSC tərəfindən hərrac xərci kimi 13132 manat ödəniş edilmişdir. İş materiallarında olan 21.09.2018-ci il tarixli 662 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən 2(104)-728/2016 saylı qətnamənin icrası ilə bağlı 7 % ödəmə ilə bağlı 45963,75 manat ödəniş edilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin 28.03.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" QSC tərəfindən 2(104)-728/2016 saylı qətnamənin icrası ilə bağlı icra xərci kimi 45963,75 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə yazılı müraciət edərək bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 30.03.2016-cı il tarixli 2(104)-728/2016 saylı icra sənədi üzrə tərəflər arasında razılıq əldə edilmişdir, bu səbəbdən icra sənədini icra etmədən məhkəməyə qaytarılmasını xahiş edilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən Gəncə İnzibati Məhkəməsinə yazılı müraciət edərək bildirmişdir ki, Gəncə İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2- 1(114)-1264/2020 saylı qərarına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində «YapıKredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alaraq yeni “Çıxarışın” verilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hal-hazırda tərəflər arasında razılıq əldə edilmişdir. «YapıKredi Bank Azərbaycan” QSC yuxarda qeyd edilən daşınmaz əmlaklar üzərində yeni çıxarış alınmasından imtina edir. Bu səbəbdən də Gəncə İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(114)-1264/2020 saylı qərarının icrasına ehtiyac qalmır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Gəncə İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli , 2- 1(114)-1264/2020 saylı qərarının icrası istiqamətində nəzərdə tutlmuş addımları icra etməmələrini xahiş etmişlər. İş materiallarında olan "xxxx" QSC tərəfindən DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 02.11.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, Cavabdeh2 (ipoteka qoyan) tərəfindən 03 oktyabr 2013 - cü il tarixli sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş əmlaka (Gəncə şəhəri, Kəpəz rayonu, Zülfüqar Məmmədov küçəsində, 0.058 ha torpaq sahəsində yerləşən 295.8 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi) X5 Azərbaycan QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq qeydiyyata alınmış bildirişin (bundan sonra bildiriş) qeydiyyatının və Cavabdeh4 (ipoteka qoyan) tərəfindən 03 oktyabr 2013 - cü il tarixli sonrakı ipoteka müqaviləsinə müvafiq olaraq ipoteka qoyulmuş əmlaka (Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində, 0.0297 ha torpaq sahəsində yerləşən 1013.7 kv.m ümumi sahədən ibarət qeyri - yaşayış binası) “X5 Azərbaycan” QSC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq qeydiyyata alınmış bildirişin (bundan sonra bildiriş) qeydiyyatının ləğv olunmasını xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 02.11.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 03 oktyabr 2013 - cü il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş, Cavabdeh4 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində, 0.0297 ha torpaq sahəsində yerləşən 1013.7 kv.m ümumi sahədən ibarət qeyri - yaşayış binası üzərindəki bankımıza aid bütün yüklülüklərdən (girovdan) azad edilməsi və “X5 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında 03 oktyabr 2013 – ci il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş, Cavabdeh2 məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfiiqar Məmmədov küçəsində, 0.058 ha torpaq sahəsində yerləşən 295.8 kv.m köməkçi sahədən ibarət 28 nömrəli fərdi yaşayış evi üzərindəki banka aid bütün yüklülüklərdən (girovdan) azad edilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə 15.11.2021-ci il tarixdə yazılı müraciət edilərək, tərəflər arasında razılıq əldə edildiyindən, "xxxx" QSC hərrac protokollarına əsasən daşınmaz əmlaklar üzərində yeni çıxarış alınmasından imtina etmiş və müxtəlif vaxtlarda Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi Hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli 19/03 saylı və 19/04 saylı yekun Protokollara və 18 aprel 2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilələrinə əsasən «YapıKredi Bank Azərbaycan” QSC-nin mülkiyyətinə keçirilməsini dövlət qeydiyyatına alaraq yeni Çıxarışın verilməsini üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmiş ərzələrin baxılmamış saxlanması, həmin ərizələri və qoşma olan sənədləri geri olaraq "xxxx" QSC-yə göndərmələri xahiş edilmişdir. İş materiallarında olan 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış 30.11.2021-ci il tarixli əmlaklara dair verilmiş sənədlərin geri qaytarılması barədə məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binası və Gəncə şəhəri, Kəpəz rayonu, Z.Məmmədov küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun Protokollarının geri qaytarılması barədə ********** və ********** saylı müraciətlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, müraciətə əsasən əmlaklara dair verilmiş ərizələrin icrasından imtina edildiyi üçün hərracın nəticələri barədə 18 aprel 2018-ci il tarixli, 19/03 saylı və 19/04 saylı yekun Protokollarının əsli QSC-yə geri qaytarılmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdehlər (müqavilə üzrə əsas borclu və zaminlər) arasında bağlanmış kredit, zaminlik və ipoteka müqavilələri üzrə borclular tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor (iddiaçı) tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktlarına əsasən cavabdehlərdən müqavilə üzrə yaranmış borclar iddiaçının xeyrinə tutulmuş, eyni zamanda tələb üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi qərara alınmışdır. Məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra tədbirləri həyata keçirilmişdir. İpoteka predmetləri hərracda satılmadığından tələbkara təklif edilmiş və tələbkar (iddiaçı) ipoteka predmetlərini əldə etmək istəyini bildirmiş və bu barədə hərrac təşkilatı ilə tələbkar (iddiaçı) arasında hərracın yekunları barədə protokollar imzalanmışdır. Bundan sonra ipoteka predmeti olan əmlakların iddiaçının rəsmiləşdirilməsi ilə bağlı zərurət yarandığından, iddiaçı keçirilmiş hərrac xərclərini və icra idarəsinə ödənilməli olan xərci (7 %) ödəmiş və bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Daha sonra tərəflər arasında qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş, həmin razılığa əsasən müəyyən edilmiş məbləğ borclular tərəfindən tələbkara ödənilmiş, bu səbəbdən tələbkar icra şöbəsinə müraciət edərək, icra sənədinin məhkəməyə geri qaytarılmasını, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, ipoteka predmeti olmuş əmlaklara Bankın mülkiyyət hüququnun qeydə alınmasına əsas verərəcək sənədlərin geri qaytarılmasını istəmişdir. Hazırda iddiaçı cavabdehlərin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi səbəbindən çəkdiyi xərclərin (hərrac xərci və icra xərcinin) əvəzinin ona dəymiş zərər kimi onlardan tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin övəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə borclu və zamin olan cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmələri nəticəsində iddiaçı məhkəməyə müraciət etmiş, tələb üzrə ipoteka predmeti olan əmlaklara tutma yönəlməsi nəticəsində keçirilmiş hərracın xərclərini və icra xərclərini çəkmişdir. Sonradan iddiaçı tərəfindən cavabdehlərə güzəşt olunaraq borcun məbləği azaldılmış və qarşılıqlı müəyyən edilmiş məbləğ cavabdehlər tərəfindən iddiaçıya ödənilmişdir. Lakin, kredit müqaviləsi üzrə yaranmış öhdəlik tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyən edilmiş məbləğin ödənilməsi ilə xitam olunsa da, bu hal iddiaçının çəkdiyi xərclərin əvəzinin ona dəymiş zərər kimi cavabdehlərdən tələb etmək hüququnu aradan qaldırmır və iddiaçı həmin xərclərin əvəzinin cavabdehlərdən tələb etməkdə haqlıdır. Çünki, tərəflər arasında olan razılaşma məhz kredit müqaviləsi üzrə yaranmış öhdəliyə xitam verilməsi ilə bağlı olmuşdur, lakin iddiaçı bununla yanaşı icra və hərrac xərclərini çəkməklə faktiki olaraq zərərə məruz qalmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında cavabdehlərlə bank arasında yazılı saziş olduğunu, həmin sazişə əsasən bankın onlara qarşı bütün tələblərindən, o cümlədən hazırki iddia ərizəsi üzrə olan xərclərin əvəzinin ödənilməsi tələbindən də imtina etdiyini bildirsə də, cavabdeh qeyd etdiyi yazılı sazişi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsi isə tərəflər arasında belə bir yazılı sazişin olmadığını, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdehlərə güzəşt edildiyini, qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş borc məbləği cavabdehlər tərəfindən ödənildiyindən bank icra sənədinin geri qaytarılmasını təmin etmişdir. Bank çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməkdən imtina etməmişdir. Odur ki, qeyd olunan faktiki hallarına əsaslanaraq və yuxarıda qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13132 manat hərrac xərci və 45963,75 manat icra xərci olmaqla, ümumilikdə 59095,75 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 13132 manat hərrac xərci və 45963,75 manat icra xərci olmaqla, cəmi 59095,75 manat (əlli doqquz min doxsan beş manat yetmiş beş qəpik) pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-8/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-8/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver