Məhkəmə qərarları › İş №2(043)-81/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-81/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-81/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və cavabdeh X3 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdeh Əsədova (Həmidova) Günel Cavanşir qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldıraraq, cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, bina 10, 11 nömrəli mənzilə dair cavabdeh X2 istifadə hüquqlarına xitam verilməsi, həmin mənzilin cavabdeh tərəfindən boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ASC-nin xeyrinə cavabdeh X10 və X1 müştərək qaydada 17.700 manat əsas, 8.887,90 manat faiz borcu olmaqla, cəmi 26.587,90 manat məbləğində pulu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdeh X4 məxsus ünvan 1, 11 nömrəli mənzilə və X10 tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, mənzil və qızıl-zinət əşyaları açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 20.000 manat dəyərində müəyyən edilməsi qət edilmişdir. Əmlaklar Gəncə şəhər üzrə İcra İdarəsinin sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 21.07.2017-ci il tarixli Çıxarışa (Seriya RX 0858201, Reyestr nömrəsi – **********93-05101-090021, Qeydiyyat nömrəsi **********) əsasən yuxanda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınmışdır. Lakin buna baxmayaraq hal hazıradək cavabdeh tərəfindən bankın mülkiyyətində olan əmlak boşaldılmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. İddiaçı "xxxx" ASC-nin X9 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əsədova Günel Cavanşir qızının nümayəndəsi X10 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh onun qızıdır. Mənzil qızının adına olsa da faktiki mənzil öz sahibliyindədir. İş yoldaşı ona çətin vəziyyətdə olduğunu bildirib bankdan kredit götürməli olduğunu, lakin bankın girov tələb etdiyini bildirib ondan öz mənzilini banka girov qoymasını xahiş etmiş, götürülmüş borcu vaxtında ödəyəcəyini bildirmişdir. O da iş yoldaşına inanaraq mənzilini ipoteka ilə yüklü etmişdir. Sonradan iş yoldaşı borcu ödəmədiyindən tutma həmin mənzilə yönəldilmişdir. Onun başqa yaşayış yeri yoxdur, mənzil boşaldılacağı təqdirdə yeganə yaşayış yerindən məhrum olacaqdır. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 noyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ASC-nin xeyrinə cavabdeh X10 və X1 müştərək qaydada 17.700 manat əsas, 8.887,90 manat faiz borcu olmaqla, cəmi 26.587,90 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdeh X4 məxsus ünvan 1 ünvanda yerləşən 11 nömrəli mənzilə və X10 tərəfindən girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, mənzil və qızıl-zinət əşyalarının açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi və mənzilin ilkin satış qiymətinin 20.000 manat dəyərində müəyyən edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19 may 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, D.Qorqud küçəsi, bina 10, 11 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə İddiaçı ASC-in adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, X5 məxsus olan, ünvan 2 ünvanda yerləşən 11 saylı mənzil kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin mənzilə yönəldilmiş və mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Lakin mənzilin iddiaçının mülkiyyətinə keçməsindən 5 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. X8 özünə məxsus olan mənzili ipoteka ilə yüklü etməklə qanundan irəli gələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür. İddia əsaslı olduğu üçün təmin olunmalı, cavabdeh X3 ünvan 2, 11 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməli, həmin mənzil X8 tərəfindən boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin mülkiyyətində olan, Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 10 ünvanda yerləşən 11 saylı mənzildən cavabdeh X3 istifadə hüququna xitam verilsin, həmin mənzil X8 tərəfindən boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar