Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-816/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Epson L364 markalı printer üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə cəmi 243 manat; Epson L805 markalı printer üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə, cəmi 714 (yeddi yüz on dörd) manat; Usb hub 8 port Support 2tb aksesuar üçün 8 (səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə cəmi 8 (səkkiz) manat ümumilikdə965 (doqquz yüz altmış beş) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 995 (doqquz yüz doxsan beş) manat cavabdeh x2 alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə xahiş çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 27.03.2018-ci il və 29.05.2018-ci il tarixli müqavilələrinə əsasən, Epson L364 markalı printer, Epson L805 markalı printer, Usb hub 8 port Support 2tb aksesuar almış və nəticədə 965 (doqquz yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan Epson L364 markalı printer üçün 243 (iki yüz qırx üç) manat olmaqla ondan, 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə borcu; 29.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (24 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Epson L8015 markalı printer üçün 714 (yeddi yüz on dörd) manat olmaqla ondan, 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 580 (beş yüz səksən) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 17 yanvar 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 27.03.2018-ci il və 29.05.2018-ci il tarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan Epson L364 markalı printer, dəyəri 840 (səkkiz yüz qırx) manat olan Epson L805 markalı printer və 30 (otuz) manat olan Usb hub 8 port Support 2tb aksesuar dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar Epson L364 markalı printer üçün hər ay 49 manat, Epson L805 markalı printer üçün 35 manat və Usb hub 8 port Support 2tb aksesuar üçün hər ay 5 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 12.12.2019-cu il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 27.03.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Epson L364 markalı printer üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 588 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 221 manat borcunu ödəmədiyindən, həmin məbləğə 22 manat cərimə, 29.05.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Epson L805 markalı printer üçün 24 ay müddətinə ödəmək şərti ilə dəyəri 840 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 649 manat borcunu ödəmədiyindən, həmin məbləğə 65 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh Epson L364 markalı printer üçün 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə; Epson L805 markalı printer üçün 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə; Usb hub 8 port Support 2tb aksesuar üçün 8 (səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə cəmi 8 (səkkiz) manat ümumilikdə965 (doqquz yüz altmış beş) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə Epson L364 markalı printer üçün müqavilə üzrə yaranmış 221 (iki yüz iyirmi bir) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə pulu, Epson L805 markalı printer 649 (altı yüz qırx doqquz) manat ödənilməmiş hissə, 65 manat cərimə pulu, Usb hub 8 port Support 2tb aksesuar üçün 8 (səkkiz) manat ödənilməmiş hissə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x4 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-816/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-816/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver