Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-822/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in cavabdeh x3 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdeh x3 qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İmei Kodu **********70419 “Samsung Galaxy J2” markalı telefon üçün 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə cəmi 375 manat, Samsung markalı paltaryuyan, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN üçün 1131 ( min yüz otuz bir ) manat ödəniləmiş hissə, 113 (yüz on üç) manat cərimə cəmi 1244 (min iki yüz qırx dörd ) manat, ümumilikdə1619 ( min altı yüz on doqquz) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 1649 (min altı yüz qırx doqquz) manat cavabdeh x2 alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə xahiş çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 19.09.2018-ci il və 22.09.2018-ci il tarixli müqavilələrinə əsasən, İmei Kodu **********70419 “Samsung Galaxy J2” markalı telefon, paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN almış və nəticədə 1619 (bir min altı yüz on doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 (üç yüz yetmiş iki) manat (12 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********70419 Samsung Galaxy J2 markalı telefon üçün 375 (üç yüz yetmiş beş) manat olmaqla ondan, 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, 34 (otuz dörd) manat cərimə borcu yaranmışdır. 22.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2319 (iki min üç yüz on doqquz) manat (18 ay x 127 manat + 33 manat ilkin ödəniş) olan paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN üçün 1244 (min iki yüz qırx dörd) manat olmaqla ondan, 1131 (min yüz otuz bir) manat ödənilməmiş hissə, 113 (səksən iki) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1219 (min iki yüz on doqquz) manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 17 yanvar 2020-ci il tarixli bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işmateriallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı x4 arasında bağlanmış 19.09.2018-ci il və 22.09.2018-ci iltarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 372 (üç yüz yetmiş iki) manat olan “Samsung J2” markalı telefon və 2319 ( iki min üç yüz on doqquz) manat olan Paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN-nın dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. x4 həmin müqavilə üzrə sonrakı aylar “Samsung Galaxy J2” markalı telefon üçün hər ay 31 manat və paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN üçün hər ay 127 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 03.01.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, x4 19.09.2018-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy J2” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 372 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 341 manat borcunu ödəmədiyindən, həmin məbləğə 34 manat cərimə, 22.09.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2319 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1131 manat borcunu ödəmədiyindən, həmin məbləğə 113 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə cavabdeh x2 “Samsung Galaxy J2” markalı telefon üçün341 manat ödənilməmiş hissə, həmin məbləğə hesablanmış 34 manat cərimə borcu və paltaryuyan Samsung, Plitə HOFFMANN, Aspirator HOFFMANN, Soba HOFFMANN üçün 1131 manat ödənilməmiş hissə, 113 manat cərimə borcu, ümumilikdə 1619 manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh x2 iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1472 (bir min dörd yüz yetmiş iki) manat əsas borcdan ödənilməmiş hissə, 147 (bir yüz qırx yeddi) manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1649 (min altı yüz qırx doqquz) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-822/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-822/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver