Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-824/2020 26.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» x3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh «xxxxxxxxxxx» MMC-nin xeyrinə 13.02.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung LED»markalı televizor üçün 164 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, cəmi 218 manat; 15.06.2018-ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba üçün 1140 manat ödənilməmiş hissə, 342 manat dəbbə pulu, cəmi 1482 manat; 01.09.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan üçün 1098 manat ödənilməmiş hissə, 274 manat dəbbə pulu, cəmi 1372 manat; 24.09.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor üçün 1170 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu, cəmi 1462 manat; 26.09.2018-ci il tarixli müqaviləyə əsasən «Braun» markalı ütü üçün 180 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, cəmi 225 manat, ümumilikdə 4759 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 13.02.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı televizor; 15.06.2018ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba; 01.09.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan; 24.09.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor; 26.09.2018-ci il tarixli müqaviləyə əsasən «Braun» markalı ütü almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə13.02.2018-ci il tarixli müqavilə üzrə164 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, cəmi 218 manat; 15.06.2018-ci il tarixli müqavilə üzrə 1140 manat ödənilməmiş hissə, 342 manat dəbbə pulu, cəmi 1482 manat; 01.09.2018-ci il tarixli müqavilə üzrə 1098 manat ödənilməmiş hissə, 274 manat dəbbə pulu, cəmi 1372 manat; 24.09.2018-ci il tarixli müqavilə üzrə 1170 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu, cəmi 1462 manat; 26.09.2018-ci il tarixli müqavilə üzrə 180 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, cəmi 225 manat, ümumilikdə 4759 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 13.02.2018-ci il tarixli, 46087 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 600 manat dəyərində «Samsung LED» markalı televizor satmış və iki il qızıl zəmanətlə verilməklə əlavə 78 manat ödənilməsi nəzərdə tutulmuşdur; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 60 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 15.06.2018-ci il tarixli, k00176432 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 420 manat dəyərində «Aspirato» 220 manat dəyərində ütü masası, 60 manat dəyərində «paltarqurudan» və 580 manat dəfərində «Mikrodalğalı» soba olmaqla cəmi 1280 manat dəyərində məişət avadanlığı satmış və iki il qızıl zəmanətlə verilməklə hər bir avadanlığa görə ayrı ayrılıqda 34 manat,18 manat, 5 manat və 46 manat olmaqla cəmi 103 manat ödənilməsi nəzərdə tutulmuşdur; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 76 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 01.09.2018-ci il tarixli, K00276503 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1030 manat dəyərində «Samsung» markalı paltaryuyan satmış və qızıl zəmanətlə verilməklə 82 manat ödənilməsi nəzərdə tutulmuşdur; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 61 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 24.09.2018-ci il tarixli, 00309402 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1200 manat dəyərində «Hoffmann LED» markalı televizor satmış və qızıl zəmanətlə verilməklə 95 manat ödənilməsi nəzərdə tutulmuşdur; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 65 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 26.09.2018-ci il tarixli, 00311368 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 160 manat dəyərində «Braun» markalı ütü satmış və qızıl zəmanətlə verilməklə 13 manat ödənilməsi şərtləndirilmişdir; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 10 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. 03.01.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-nə13.02.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı televizor üçün 164 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu, cəmi 218 manat; 15.06.2018-ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba üçün 1140 manat ödənilməmiş hissə, 342 manat dəbbə pulu, cəmi 1482 manat; 01.09.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan üçün 1098 manat ödənilməmiş hissə, 274 manat dəbbə pulu, cəmi 1372 manat; 24.09.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor üçün 1170 manat ödənilməmiş hissə, 292 manat dəbbə pulu, cəmi 1462 manat; 26.09.2018-ci il tarixli müqaviləyə əsasən «Braun» markalı ütü üçün 180 manat ödənilməmiş hissə, 45 manat dəbbə pulu, cəmi 225 manat, ümumilikdə 4759 manat borcuqalmışdır; 28.01.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödəməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildiki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında məişət əşyalarının nisyə satışına dair müqavilə bağlanaraq,iddiaçı tərəfindən cavabdehə 13.02.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı televizor; 15.06.2018ci il tarixli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba; 01.09.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan; 24.09.2018-ci il tarixli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor; 26.09.2018-ci il tarixli müqaviləyə əsasən «Braun» markalı ütü satılmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 13.02.2018-ci il tarixli, 46087 nömrəli müqaviləüzrə tutulmalı olan 54 manat cərimə məbləği azaldılaraq 4 manat;15.06.2018-ci il tarixli, k00176432 nömrəli müqaviləüzrə tutulmalı olan 342 manat cərimə məbləği azaldılaraq 42 manat; 01.09.2018-ci il tarixli, K00276503 nömrəli müqaviləüzrə tutulmalı olan 274 manat cərimə məbləği azaldılaraq 74 manat; 24.09.2018ci il tarixli, 00309402 nömrəli müqaviləüzrə tutulmalı olan 292 manat cərimə məbləği azaldılaraq 92 manat; 26.09.2018-ci il tarixli, 00311368 nömrəli müqaviləüzrə tutulmalı olan 45 manat cərimə məbləği azaldılaraq 5 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 13.02.2018-ci il tarixli, 46087 nömrəli müqaviləyə əsasən «Samsung LED» markalı televizor üçün 164 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, cəmi 168 manat; 15.06.2018-ci il tarixli, k00176432 nömrəli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba üçün 1140 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu, cəmi 1182 manat; 01.09.2018-ci il tarixli, K00276503 nömrəli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan üçün 1098 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu, cəmi 1172 manat; 24.09.2018-ci il tarixli, 00309402 nömrəli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor üçün 1170 manat ödənilməmiş hissə, 92 manat dəbbə pulu, cəmi 1262 manat; 26.09.2018-ci il tarixli, 00311368 nömrəli müqaviləyə əsasən «Braun» markalı ütü üçün 180 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 185 manat, ümumilikdə 3969 (üç min doqquz yüz altmış doqquz) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 13.02.2018-ci il tarixli, 46087 nömrəli müqaviləyə əsasən «Samsung LED» markalı televizor üçün 164 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, cəmi 168 manat; 15.06.2018-ci il tarixli, k00176432 nömrəli müqaviləyə əsasən «Hansa» markalı aspirator, «Braun» markalı ütü masası, «Mufano» markalı paltarqurudan, «Gorenje» markalı mikrodalğalı soba üçün 1140 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu, cəmi 1182 manat; 01.09.2018-ci il tarixli, K00276503 nömrəli müqaviləyə əsasən «Samsung» markalı paltaryuyan üçün 1098 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu, cəmi 1172 manat; 24.09.2018-ci il tarixli, 00309402 nömrəli müqaviləyə əsasən «Hoffmann LED» markalı televizor üçün 1170 manat ödənilməmiş hissə, 92 manat dəbbə pulu, cəmi 1262 manat; 26.09.2018-ci il tarixli, 00311368 nömrəli müqaviləyə əsasən «Braun» markalı ütü üçün 180 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, cəmi 185 manat, ümumilikdə 3969 (üç min doqquz yüz altmış doqquz) manat borc və 30 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-824/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-824/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver