Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-827/2020 26.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, «xxxxxxxxxxx» x1 nümayəndəsi x2, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» x1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxx» x3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.10.2018-ci il tarixli müqaviləyə əsasən «Samsung LED» markalı televizor üçün 1556 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu; 23.11.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49234 olan «Samsung Galaxy J4» markalı telefon üçün 312 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 2224 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 18.10.2018-ci il tarixli, 00338770 nömrəli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1978 manat, İMEİ kodu 0C0G3LDK802081 olan «Samsung LED» markalı televizor; 23.11.2019-ci il tarixli, 00385048 nömrəli müqaviləyəəsasən alqı-satqı qiyməti 432 manat, İMEİ kodu **********49234, olan «Samsung Galaxy J4» markalı telefon almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə18.10.2018-ci il tarixli müqaviləüzrə1556 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu; 23.11.2018-ci il tarixli müqaviləüzrə312 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 2224 manat borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, göstərdi ki, o, bir müddət borcundan ödəmiş, sonra imkanı olmadığından ödənişi dayandırmışdır. Borclu qaldığı pulu hissə-hissəödəyəcəini göstərərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 18.10.2018-ci il tarixli, 00338770 nömrəlimüqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 1978 manat dəyərində «Samsung LED» markalı televizor satmışdır; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 72 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur; 23.11.2019-ci il tarixli, 00385048 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 432 manat dəyərində «Samsung Galaxy J4» markalı telefon satmışdır; Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə hər ay 36 manat olmaqla ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur; 15.10.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcunu ödəməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq etmişdir; 03.01.2020-ci il tarixli maliyyə vəödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yə18.10.2018-ci il tarixli, 00338770 nömrəli müqaviləüzrə1556 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu; 23.11.2018-ci il tarixli, 00385048 nömrəli müqaviləüzrə312 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 2224 manat borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış18.10.2018-ci il tarixli, 00338770 nömrəlimüqaviləyə əsasən cavabdeh alqısatqı qiyməti 1978 manat, İMEİ kodu 0C0G3LDK802081 olan «Samsung LED» markalı televizoru; 23.11.2019-ci il tarixli, 00385048 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat, İMEİ kodu **********49234, olan «Samsung Galaxy J4» markalı telefonu alaraq müqavilə üzrə üzərinə düşən öhdəliyiyerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 598.1-ci maddəsinə görəəgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601-ci maddəsinin tələbinə görəəşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissəödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəməşərti iləəşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissəödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilələr üzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 18.10.2018-ci il tarixli, 00338770 nömrəli müqaviləüzrə1556 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu; 23.11.2018-ci il tarixli, 00385048 nömrəli müqaviləüzrə312 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 2224 (iki min iki yüz iyirmi dörd) manat cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiatəmin edilsin. Cavabdeh 18.10.2018-ci il tarixli, 00338770 nömrəli müqavilə üzrə1556 manat ödənilməmiş hissə, 259 manat dəbbə pulu; 23.11.2018-ci il tarixli, 00385048 nömrəli müqavilə üzrə 312 manat ödənilməmiş hissə, 97 manat dəbbə pulu, ümumilikdə 2224 (iki min iki yüz iyirmi dörd) manat və 30 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) aymüddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-827/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-827/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver