Məhkəmə qərarları › İş №2(043)-828/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-828/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-828/2020 27.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x3, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2017-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED üçün 381 (üç yüz səksən bir) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə, cəmi 494 manat, 10.12.2017-ci il tarixli müqaviləsinə əsasən, GORENJE markalı Mikrodalğalı soba, LG markalı Mikrodalğalı soba üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, cəmi 156 manat, 28.03.2018-ci il tarixli müqaviləsinə əsasən, "HOFFMANN" markalı Solo soba üçün 860 (səkkiz yüz altmış) manat ödənilməmiş hissə, 216 (iki yüz on altı) manat dəbbə; cəmi 1076 manat, 28.03.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********20610 olan Samsung J markalı telefon üçün 215 (iki yüz on beş) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə; cəmi 280 manat, 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********15987 olan "Samsung Galaxy J2" markalı telefon üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə, cəmi 302 manat, ümumilikdə 2308 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2338 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə 22.10.2017-ci il, 10.12.2017-ci il, 28.03.2018-ci il və 01.06.2018-ci iltarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED, GORENJE markalı Mikrodalğalı soba, LG markalı Mikrodalğalı soba, HOFFMANN markalı Solo soba, İMEİ kodu **********20610 və **********15987 olan Samsung J və Samsung J2 markalı telefon almış və nəticədə 2308 (iki min üç yüz səkkiz,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.10.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892 (səkkiz yüz doxsan iki) manat (18 ay x 47 manat + 46 manat ilkin ödəniş) HOFFMANN markalı LED üçün ümumilikdə, 494 (dörd yüz doxsan dörd) manat olmaqla ondan, 381 (üç yüz səksən bir) manat ödənilməmiş hissə, 113 (yüz on üç) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.12.2017-ci iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 420 (dördyüz iyirmi) manat (12 ay x 33 manat+24 manat ilkin ödəniş) GORENJE markalı Mikrodalğalı soba, LG markalı Mikrodalğalı soba üçün ümumilikdə, 156 (yüz əlli altı)manat olmaqla ondan, 116 (yüz on altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı Solo soba üçün ümumilikdə, 1076 (min yetmiş altı) manat olmaqla ondan, 860 (səkkiz yüz altmış) manat ödənilməmiş hissə, 216 (iki yüz on altı)manatdəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (12 ay x 36 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********20610 olan Samsung J markalı telefon üçün ümumilikdə, 280 (iki yüz səksən) manat olmaqla ondan, 215 (iki yüz on beş) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 423 (dörd yüz iyirmi üç) manat (12 ay x 34 manat + 15 manat ilkin ödəniş) İMEİ kodu **********15987 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 302 (üç yüz iki) manat olmaqla ondan, 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1444 manat təşkil edir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir. Maddi imkanı olmadığı səbəbdən borcunu ödəyə bilməmişdir. Məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 22.10.2017-ci il, 10.12.2017-ci il, 28.03.2018-ci il və 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı LED, GORENJE markalı Mikrodalğalı soba, LG markalı Mikrodalğalı soba, HOFFMANN markalı Solo soba, İMEİ kodu **********20610 və **********15987 olan Samsung J və Samsung J2 markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş 03 yanvar 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 22.10.2017-ci il, 10.12.2017-ci il, 28.03.2018-ci il və 01.06.2018-ci il tarixli müqavilələrə əsasən, 1444 manat ödəniş etmiş, əsas borc üzrə ümumilikdə 1803 manat borcu qalmış, həmin borca 505 manat dəbbə pulu hesablanmaqla cəmi borcu 2308 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə 22.10.2017-ci il, 10.12.2017-ci il, 28.03.2018-ci il və 01.06.2018-ci il tarixli müqavilələrə əsasən HOFFMANN markalı LED, GORENJE markalı Mikrodalğalı soba, LG markalı Mikrodalğalı soba, HOFFMANN markalı Solo soba, İMEİ kodu **********20610 və **********15987 olan Samsung J və Samsung J2 markalı telefon almış, həmin müqavilələr üzrə ümumilikdi 1444 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1803 manat əsas borcu qalmış, qalıq borca 505 manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 505 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbədəndə, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 1803 (min səkkiz yüz üç) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 2003 (iki min üç) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1803 (min səkkiz yüz üç) manat əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 2003 (iki min üç) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar