Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-832/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdehna qarşı«pul» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 26.12.2017-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********63347 olan “Samsung Galaxy J2” markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd)manat cərimə, 25.03.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 445 (dörd yüz qırx beş)manat ödənilməmiş hissə, 44 (qırx dörd)manat cərimə, 25.04.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED üçün 380 (üç yüz səksən)manat ödənilməmiş hissə, 38 (otuz səkkiz)manat cərimə, 25.05.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********519 olan HOFFMANN X PLAY markalı telefon üçün 120 (yüz iyirmi)manat ödənilməmiş hissə, 12 (on iki)manat cərimə, 29.06.2018-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner üçün 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 45 (qırx beş manat) cərimə, 27.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********50631 olan Samsung J2 markalı telefon üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə ümumilikdə 1793 ( bir min yeddi yüz doxsan üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1823 (bir min səkkiz yüz iyirmi üç) manat Cavabdeh alınaraq«xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə xahiş çıxarılmasını etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə 26.12.2017-ci il, 25.03.2018-ci il, 25.04.2018-ci il, 25.05.2018-ci il, 29.06.2018-ci il və 27.07.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********63347 olan Samsung J2 markalı telefon, Samsung markalı Paltaryuyan, Samsung markalı LED, İMEİ Kodu 86**********519 olan HOFFMANN X PLAY markalı telefon, HOFFMANN markalı kondisioner və İMEİ Kodu **********50631 olan Samsung J2 markalı telefon almış və nəticədə 1793 (min yeddi yüz doxsan üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.12.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki)manat (18 ay x 24 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********63347 olan “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə, 158 (yüz əlli səkkiz)manat olmaqla ondan, 144 (yüz qırx dörd)manat ödənilməmiş hissə, 43 manat cərimə (180 gün x 0.24 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə miqdarında borc; 25.03.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 954 (doqquz yüz əlli dörd)manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan üçün ümumilikdə, 489 (dörd yüz səksən doqquz)manat olmaqla ondan, 445 (dörd yüz qırx beş)manat ödənilməmiş hissə, 127 manat cərimə (240 gün x 0.53 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 44 (qırx dörd) manat cərimə miqdarında borc; 25.04.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd)manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) Samsung markalı LED üçün ümumilikdə, 418 (dörd yüz on səkkiz)manat olmaqla ondan, 380 (üç yüz səksən)manat ödənilməmiş hissə, 114 manat cərimə(300 gün x 0.38 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz)manat cərimə miqdarında borc; 25.05.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 314 (üç yüz on dörd)manat (12 ay x 24 manat + 26 manat ilkin ödəniş) İMEİ Kodu 86**********519 olan HOFFMANN X PLAY markalı telefon üçün ümumilikdə, 132 (yüz otuz iki)manat olmaqla ondan, 120 (yüz iyirmi)manat ödənilməmiş hissə, 36 manat cərimə (150 gün x 0.24 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 12 (on iki)manat cərimə miqdarında borc; 29.06.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd)manat (18 ay x 38 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı kondisioner üçün ümumilikdə, 501 (beş yüz bir)manat olmaqla ondan, 456 (dördyüz əlli altı)manat ödənilməmiş hissə, 137 manat cərimə (360 gün x 0.38 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 45 (qırx beş)manat cərimə miqdarında borc; 27.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 344 (üç yüz qırx dörd)manat (12 ay x 17 manat + 140 manat ilkin ödəniş) İMEİ Kodu **********50631 olan “Samsung Galaxy J2” markalı telefon üçün ümumilikdə, 95 (doxsan beş)manat olmaqla ondan, 87 (səksən yeddi)manat ödənilməmiş hissə, 25 manat cərimə (150 gün x 0.17 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 8 (səkkiz)manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1780 (bir min yeddi yüz səksən) manat təşkil edir. 3-cü bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə 17 yanvar 2020-ci il tarixli bildirişi göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, iş materiallarına əlavə edilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26.12.2017-ci il, 25.03.2018-ci il, 25.04.2018-ci il, 25.05.2018-ci il, 29.06.2018-ci il və 27.07.2018-ci il tarixli müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC alıcıya dəyəri 432 (dörd yüz otuz iki) manat olan “Samsung Galaxy J2”, 954 ( doqquz yüz əlli dörd) manat olan Samsung markalı paltaryuyan, 684 (altı yüz səksən dörd) manat olan Samsung LED, 314 (üç yüz on dörd) manat olan HOFFMANN X Play, 684 (altı yüz səksən dörd) manat olan HOFFMANN kondisioner və 344 (üç yüz qırx dörd) manat olan “Samsung Galaxy J2” markalı telefonundəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung Galaxy J2” markalı telefon üçün hər ay 24 manat, paltaryuyan Samsung üçün hər ay 53 manat, Samsung LED üçün hər ay 38 manat, HOFFMANN X Play hər ay 24 manat, HOFFMANN kondisioner üçün hər ay 38 manat və “Samsung Galaxy J2” markalı telefon üçün hər ay 17 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 03.01.2020-ci il tarixli «xxxxxxxxxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.12.2017-ci il tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən “Samsung Galaxy J2” markalı telefon üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 432 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 144 manat borcunu ödəmədiyindən, həmin məbləğə 43 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 14 manat cərimə; 25.03.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Samsung markalı paltaryuyan üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 954 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 445 manat borcunu ödəmədiyindən, həmin məbləğə 127 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 44 manat cərimə; 25.04.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən Samsung LED üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 684 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 380 manat borcunu ödəmədiyindən, həmin məbləğə 114 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 38 manat cərimə; 25.05.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən HOFFMANN X Play üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 314 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 120 manat borcunu ödəmədiyindən, həmin məbləğə 36 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 12 manat cərimə; 29.06.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən HOFFMANN markalı kondisioner üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 684 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 456 manat borcunu ödəmədiyindən, həmin məbləğə 137 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 45 manat cərimə; 27.02.2018-ciil tarixli müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC-dən paltaryuyan Samsung üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 344 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 87 manat borcunu ödəmədiyindən, həmin məbləğə 25 manat hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 8 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə Cavabdeh İMEİ Kodu **********63347 olan “Samsung Galaxy J2” markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd)manat cərimə, 25.03.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı Paltaryuyan üçün 445 (dörd yüz qırx beş)manat ödənilməmiş hissə, 44 (qırx dörd)manat cərimə, 25.04.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı LED üçün 380 (üç yüz səksən)manat ödənilməmiş hissə, 38 (otuz səkkiz)manat cərimə, 25.05.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********519 olan HOFFMANN X PLAY markalı telefon üçün 120 (yüz iyirmi)manat ödənilməmiş hissə, 12 (on iki)manat cərimə, 29.06.2018-ci il tarixli müqaviləsinə əsasən, HPFFMANN markalı kondisioner üçün 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 45 (qırx beş manat) cərimə, 27.07.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********50631 olan “Samsung Galaxy J2” markalı telefon üçün 87 (səksən yeddi) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə, ümumilikdə 1793 (bir min yeddi yüz doxsan üç) manat pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə 1632 (bir min altı yüz otuz iki) manat əsas borcdan ödənilməmiş hissə, 161 (bir yüz altmış bir) manat cərimə ümumilikdə 1793 ( bir min yeddi yüz doxsan üç) manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1823 (bir min səkkiz yüz iyirmi üç) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x2 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-832/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-832/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver