Məhkəmə qərarları › İş №2(043)-833/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-833/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-833/2020 10.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» x1 nümayəndəsi x3 iştirakı ilə, İddiaçı "xxxxxxxxxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» x2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 aprel 2017-ci il tarixli, müqaviləyə əsasən «EGE»markalı çarpayı, komod, dolab, termo, «Uretan» markalı döşək üçün1512 (bir min beş yüz on iki) manat ödənilməmiş hissə, 453 (dörd yüz əlli üç) manat dəbbə, 28 aprel 2017-ci il tarixli müqavilə üzrə «Natura» markalı TVSTEND və Masa üçün 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə, 06 may 2017-ci il tarixli müqavilə üzrə LG markalı mikrodalğalı soba üçün 55 manat ödənilməmiş hissə, 19 manat dəbbə, 05 iyul 2017-ci il tarixli müqavilə üzrə «WİNDOW» markalı divan kreslo dəsti üçün 1819 (bir min səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 545 (beş yüz qırx beş) manat dəbbə olmaqla:-ümumilikdə 6002 (altı min iki) manat məbləğində pulun və 30,0 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi x4 iddianı müdafiə edib izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC ilə cavabdeh arasında bağlanmış 07.04.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan EGE markalı çarpayı, EGE markalı komod, EGE markalı dolab, EGE markalı termo, URETAN markalı döşək almış nəticədə 1965 (bir min doqquz altmış beş) manat, 28.04.2017-ci il tarixli müqaviləyə əsasən NATURA markalı TV STEND, NATURA markalı masa almış və nəticədə 1599 (bir min beş yüz doxsan doqquz) manat, 06.05.2017-ci il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba almış və nəticədə 74 ( yetmiş dörd) manat, 05.07.2017-ci il tarixli müqaviləyə əsasən WİNDOW markalı 3 yerlik divan, WİNDOW markalı kreslo almış və nəticədə 2364 (iki min üç yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07 aprel 2017-ci il tarixli, 077140 nömrəli müqavilə üzrə 1512 (bir min on beş yüz on iki) manat ödənilməmiş hissə, 453 (dörd yüz əlli üç) manat dəbbə, 28 aprel 2017-ci il tarixli, H394226 nömrəli müqavilə üzrə 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə, 06 may 2017-ci il tarixli, 101186 nömrəli müqavilə üzrə 55 (əlli beş) manat ödənilməmiş hissə, 19 ( on doqquz) manat dəbbə, 05 iyul 2017-ci il tarixli, h54608 nömrəli müqavilə üzrə 1819 (bir min səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 545 (beş yüz qırx beş) manat dəbbə pulu olmaqla, ümumilikdə 6002 (altı min iki) manat məbləğində borcu yaranmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 07 aprel 2017-ci il tarixli, 077140 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə cəmi 2592 manat dəyərində olan EGE markalı çarpayı, EGE markalı komod, EGE markalı dolab, EGE markalı termo, URETAN markalı döşək satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 108 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə ödəmələr ödəniş cədvəli üzrə ayda lıq nağd qaydada həyata keçirilməlidir; 28 aprel 2017-ci il tarixli, H394226 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə cəmi 1968 manat dəyərində olan NATURA markalı TV STEND, NATURA markalı jurnal masası satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 82 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. 06 may 2017-ci il tarixli, 101186 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə cəmi 265 manat dəyərində olan LG markalı mikrodalğalı soba satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 21 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. 05 iyul 2017-ci il tarixli, h54608 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə cəmi 2568 manat dəyərində olan WİNDOW markalı 3 yerlik divan, WİNDOW markalı kreslo satmışdır. Müqaviləyə əsasən ödəmələr hər ay 107 manat ödəmək şərti ilə bərabər hissələrlə həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödəmələr ödəniş cədvəli üzrə nağd qaydada həyata keçirilməlidir; «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanladığı 09.07.2018-i il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq etmişdir; 03.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07 aprel 2017-ci il tarixli, 077140 nömrəli müqavilə üzrə 1512 (bir min on beş yüz on iki) manat ödənilməmiş hissə, 453 (dörd yüz əlli üç) manat dəbbə, 28 aprel 2017-ci il tarixli, H394226 nömrəli müqavilə üzrə 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə, 06 may 2017-ci il tarixli, 101186 nömrəli müqavilə üzrə 55 (əlli beş) manat ödənilməmiş hissə, 19 ( on doqquz) manat dəbbə, 05 iyul 2017-ci il tarixli, h54608 nömrəli müqavilə üzrə 1819 (bir min səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 545 (beş yüz qırx beş) manat dəbbə, ümumilikdə 6002 (altı min iki) manat məbləğində borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqavilə üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda 07 aprel 2017-ci il tarixli, 077140 nömrəli müqavilə üzrə 1512 (bir min on beş yüz on iki) manat ödənilməmiş hissə, 453 (dörd yüz əlli üç) manat dəbbə, 28 aprel 2017-ci il tarixli, H394226 nömrəli müqavilə üzrə 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə, 06 may 2017-ci il tarixli, 101186 nömrəli müqavilə üzrə 55 (əlli beş) manat ödənilməmiş hissə, 19 ( on doqquz) manat dəbbə, 05 iyul 2017-ci il tarixli, h54608 nömrəli müqavilə üzrə 1819 (bir min səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 545 (beş yüz qırx beş) manat dəbbə olmaqla, ümumilikdə 6002 (altı min iki) manat məbləğində pul cavabdehdən tutularaq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 07 aprel 2017-ci il tarixli, 077140 nömrəli müqavilə üzrə 1512 (bir min on beş yüz on iki) manat ödənilməmiş hissə, 453 (dörd yüz əlli üç) manat dəbbə, 28 aprel 2017-ci il tarixli, H394226 nömrəli müqavilə üzrə 1230 (bir min iki yüz otuz) manat ödənilməmiş hissə, 369 (üç yüz altmış doqquz) manat dəbbə, 06 may 2017-ci il tarixli, 101186 nömrəli müqavilə üzrə 55 (əlli beş) manat ödənilməmiş hissə, 19 ( on doqquz) manat dəbbə, 05 iyul 2017-ci il tarixli, h54608 nömrəli müqavilə üzrə 1819 (bir min səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 545 (beş yüz qırx beş) manat dəbbə, ümumilikdə 6002 (altı min iki) manat məbləğində pul və 30,0 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «xxxxxxxxxxx» x1 xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində x6 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar