Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-835/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh «X1» BOKT ASC-yə qarşı “qətnamə üzrə yeni xüsusatların yaranması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X1» BOKT ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, ipoteka ilə yüklü edilmiş, Gəncə şəhərinin Nizami rayonunun Nizami küçəsində 27 A ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış binası üzərinə həbs qoyulması; ipoteka ilə yüklü edilmiş, Gəncə şəhərinin Nizami rayonunun Nizami küçəsində 27 A ünvanında yerləşən torpaq sahəsi və üzərindəki qeyriyaşayış binasının məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırılması; ipoteka ilə yüklü edilmiş, Gəncə şəhərinin M.Y.Axunzadə küçəsində yerləşən 141 nömrəli və Gəncə şəhəri X.Rəfibəyli küçəsində, 1-ci döngə 20 saylı fərdi yaşayış evlərin yeni qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının cavabdehə qarşı yönəltdiyi tələb mütləq göstərilməlidir. İddiaçı isə iddia ərizəsində cavabdeh kimi «X1» BOKT ASC-ni göstərsə də, həmin cavabdehə qarşı hər hansı tələb yönəltməmiş, iddiasında ondan nəyi tələb etməsini qeyd etməmişdir. Bununla da o, MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində mütləq göstərilməlidir. Lakin, iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, ərizədə cavabdeh kimi göstərilən «X1» BOKT ASC-nin poçt ünvanı ümumiyyətlə qeyd edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdeh «X1» BOKT ASC-yə qarşı “qətnamə üzrə yeni xüsusatların yaranması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı cavabdeh «X1» BOKT ASC-yə qarşı “qətnamə üzrə yeni xüsusatların yaranması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-835/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-835/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver