Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-845/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından xx xxx 2014-cü ildə anadan olmuş Xədicənin və xx xxxxxx 2016-cı ildə anadan olmuş Rafaelin saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsinə və sağlamlıq imkanları məhdud olan uşaqları Xədicəyə qulluğa görə hər ay 150 manat pulun cavabdehdən alınıb onun xerinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü ildə Xədicə və xx.xx.2016-cı ildə Rafael adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli 2(043)-688/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan andan olmuş uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahdan anadan olan Xədicə sağlamlıq imkanı məhdud uşaqdır. Hazırda,o, müalicə və təhsil almaq üçün Bakı şəhərində yerləşən müalicə müəssisəsində müalicə olunur. Onun bütün dərmanları, geyim əşyaları, zəruri məişət ləvazimatları onun tərəfindən alınıb verilir. Üstəlik, müalicə müəssisəsinin Bakı şəhədində olması ilə əlaqədar onun yanına gedəndə əlavə xərclər çəkilir. Hazırkı vəziyyətdə pandemiya ilə əlaqədar şəhərlərarası avtobusların işləməməsi səbəbindən taksi ilə getməyə məcbur olmuşdur. Özü də heç bir yerdə işləmir. Uşağın xəstəliyi ilə əlaqədar daimi bir iş yerində çalışmağı da qeyri-mümkündür. Belə ki, bəzən uşağın səhhətində elə problem yaranır ki, dərhal Bakı şəhərinə getməyə məcbur olur. Cavabdehin verdiyi alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh başqasının mülkiyyətində olan yük maşını ilə ayda 1 dəfə bəzən isə 2 dəfə Türkiyə Respublikasına yük aparır və bunun müqabilində hər reysində 150-200 manat arası gəliri olur. Cavabdehin məlum pandemiya ilə əlaqədar işlərində durğunluq yaranmış, gəliri azalmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(043)-688/2020 saylı qətnaməsi üzrə aliment kəsilərkən cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər uşağa 140 manat aliment kəsilmişdir. Qeyd olunan qətnamə üzrə aliment kəsildikdən sonra cavabdehin gəliri barədə müsbət tərəfə doğru heç bir dəyişiklik olmamış, əksinə qeyd etdiyi kimi cəlirində azalmalar olmuşdur. Bununla belə iddiaçı sağlamlığı məhdud olan uşaqları Xədicəni Bakı şəhərində xüsusi müalicə müəssisənə yerləşdirməklə Xədicəyə dövlt tərəfindən verilən 200 manat müavinət pulunu və 140 manat alimenti öz məqsədləri üçün istifadə edir. Xədicənin müalicəsi üçün bütün xərclər dövlət tərəfindən ödənilir. İddianın əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİİ 355610 nömrəli və AZ-İİİ 833266 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Xədicə və xx.xx.2016-cı ildə Rafael adlı adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasının rəyindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X6 sağlamlıq imkanları məhdud olan uşaqdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-688/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(043)-688/2020 nömrəli qətnaməsi ilə, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanədək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı tutulan alimentin uşaqların saxlanması üçün yetərli olmadığını və uşaqlarından Xədicənin sağlamlıq imkanının məhdud olmasını əsas gətirərək alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 300 manat müəyyən edilməsini sağlamlıq imkanları məhdud olan uşaqları Xədicəyə qulluğa görə hər ay 150 manat pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə aliment təyin olunandan sonra gəlirlənrində heç bir müsbət dəyişiklik olmadığını, əksinə pandemiya ilə bağlı gəlirlərində azalma olduğunu, uşaqlarından Xədicəsinin sosial müəssisədə qalmaqla Dövlət tərəfindən ona ödənilən 200 manat müavinət pulunun və aliment pulunun iddiaçı tərəfindən öz məqsədləri üçün istifadə edildiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişlər. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı şərtləndirmişdir. Lakin iddiaçı aliment təyin olunduqdan sonra cavabdehin əmlak vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.Uşaqlarından Xədicənin sosial müssisədə qalmasını iddiaçı özü də etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-845/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-845/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver