Məhkəmə qərarları › İş №2(043)-849/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-849/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-849/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı2 və cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı2 cavabdeh X1rşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı1 cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 361,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı1 əsl İddiaçı2 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, istifadəsində olan qaz sayğacını su satan maşın zədələdiyi üçün Gəncə Qİİ-ə müraciət etmişlər sayğacı zədələyən avtomobilin sürücüsü sayğaca dəyən zərəri ödədikdən sonra 23.07.2021-ci il tarixdə həmin sayğac çıxarılaraq yenisi ilə əvəz olunmuşdur.Bu barədə akt tərtib olunmuş, həmin akta imza etmişdir. Lakin bir müddətdən sonra ona bildiriş gəlmişdir ki, sayğaca müdaxilə etdiyi üçün 432 manat cərimə ödəməlidir. Bununla razlaşmamış, lakin qazdan istifadəyə görə ödədiyi məbləğlərdən tutmalar aparılmışdır. Buna baxmayaraq hazırda 111,50 manat borc kimi qalmaqdadaır. İddianın təmin olunaraq 111,50 manat pulun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi X6 iddianı qəbul etməyərək göstərdi ki,23 iyul 2021-ci il tarixli qaz sayğacının çıxarılması, və yenisi ilə əvəz olunması haqqında aktda, sayğacın dəyişməsinə əsas saycacın qazı fasilə ilə buraxmasına görə olmuşdur. Qazdan istifadə qaydalarının pozulmasına dair akt isə başqa saygacla bağlı olmuşdur. İddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə 23.07.2021-ci il tarixli müqavilədən görünür ki, qazın alqı satqısı ilə bağlı tərəflər arasında müqavilə bağlanmışdır . Qaz sayağacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23.07.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı2 istifadəsində olan Zenner G-4 markalı **********9 nömrəli sayağac qazı fasilə ilə buraxdığı üçün yenisi ilə Zenner G-4 markalı **********5 nömrəli sayağacla əvəz edilərək dəyişdirilmişdir. Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 25.10.2021-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, istehlakçı İddiaçı2 istifadəsində olan G-4 markalı **********9 nömrəli sayağacın çıxış plastmas borusu deşilmişdir. 29.10.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı2 istifadəsində olan G-4 **********9 sayğacın plastmas borusu deşildiyi üçün itirilmiş qaz sərfiyatına görə 4320 m3 qaz itkisi hesablanmışdır. **********0000 saylı abonentin saldosundan görünür ki, itirilmiş qaz sərfiyatına görə hesablanmış 432,00 manat zərərin 111,50 manatı ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibəti qazın alqı-satqısı barədə müqavilə öhdəliyindən əmələ gələn münasibət olsa da mübahisə «itirilmiş qaz sərfiyatına görə dəymiş zərərlə» bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deliktlə əlaqədar qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Göründüyü kimi iddiaçının müraciəti əsasında sonuncunun istifadəsində olan Zenner G-4 markalı **********9 nömrəli sayağacın qazı fasilə ilə buraxması səbəbi ilə qaz istismar idarəsinin əməkdaşları tərəfindən 23.07.2021-ci il tarixli, ******* saylı akt əsasında çıxarılaraq Zenner G-4 markalı **********5 nömrəli sayağacla əvəz edilmiş, saygağın dəyişməsinin səbəbi qazın fasilə ilə verilməsi göstərildiyi halda bundan 3 ay sonra 25.10.2021-ci il tarixdə sayğacın plastmas borusunun deşilməsi səbəbindən itirilmiş qaz sərfiyatına görə zərər hesablanmışdır.İddiaçı həmin aktla razılaşmayaraq aktı imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən sayğacın plastmas borusunun deşilməsinin nə ilə sübut olunması barədə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsının (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadə qaydalarını pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia qismən təmin olunmalı, İddiaçı2 barəsində tərtib olunmuş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.10.2021-ci il tarixli, ******* saylı aktla hesablanmış 432,00 manat pulun ödənilməmiş 111,50 manatı silinməlidir. MPM-in 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. İddiaçı2 barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.10.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 432,00 manat pulun ödənilməmiş 111,50 (bir yüz on bir manat 50 qəpik) manatı silinsin. İş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar