Məhkəmə qərarları › İş №2(043)-854/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-854/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-854/2021 04.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Kreditor Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli M0457/19 nömrəli Nisyə satış müqaviləsinə əsasən alıcıya dəyəri 620 (altı yüz iyirmi) manat olan, ilkin ödəniş 50 manat ödənilməklə 1 ədəd “Honor” markalı 8X modelli mobil telefonu 6 (altı) ay müddətinə nisyə satmışdır. Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək (hər ay 95 manat) nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi xəbardarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Həmin Müqaviləyə (2.4.4-cü bəndi) əsasən, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1 % cərimə ödəyəcəyini öz üzərinə götürür. Bu barədə borclu müvafiq bildirişlərlə xəbərdar edilmişdir. Beləliklə, Borclu xx.xx.2019-cu il tarixli M0457/19 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 457 (dörd yüz əlli yeddi) manat əsas borc və cərimə borcu 30 (otuz) manat olmaqla cəmi 487 (dörd yüz səksən yeddi) manat təşkil edir. Buna görə də, Borclu, xx.xx.2019-cu il tarixli M0457/19 nömrəli nisyə satış müqaviləsi üzrə 457 (dörd yüz əlli yeddi) manat əsas borc və cərimə borcu 30 (otuz) manat olmaqla cəmi 487 (dörd yüz səksən yeddi) manat məbləğin, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20.40 manat məbləğin Kreditor xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Borclu ilə Kreditor arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli M0457/19 nömrəli nisyə satış müqaviləsindən görünür ki, Borclu Kreditor dəyəri 620 manat olan “Honor 8X” markalı mobil telefonu hissə-hissə ödəniş şərti ilə almışdır. Müqavilənin 1-ci maddəsinə əsasən müqavilənin əlavəsindəki ödəniş cədvəlinə uyğun ödəniş olunmadıqda “Satıcı” gecikdirilmiş məbləğə günlük 1% cərimə hesablayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx.xx.1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2019-cu il tarixli M0457/19 nömrəli Nisyə satış müqaviləsi üzrə 457 (dörd yüz əlli yeddi) manat əsas borc və 30 (otuz) manat cərimə borcu olmaqla ümumilikdə 487 (dörd yüz səksən yeddi) manat və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 507 (beş yüz yeddi) manat pul tutularaq, ünvan 2 mənzil 106 ünvanda yaşayan Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar