Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-864/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülk üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin mülkə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi, (Keçmiş Basin) 6-ci döngə, 41 nömrəli fərdi yaşayış evinin alqı satqısına dair anası X6 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 1988-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 24 avqust 1988-ci ildə Cavabdeh mülkiyyətində olan keçmiş Kirovabad şəhəri, Basin küçəsi, 6-cı döngə ev 41 (indiki Səfəvilər küçəsi, 6-cı döngə, ev 41) ünvanında yerləşən mülkü mərhum anası X6 ilə aralarında olan razılaşma əsasında o zamankı Sovet Sosialist Respublikaları İttifaqının qüvvədə olan valyutası, rubl pul vahidi ilə 10000 (on min) rubl pula anasına satmışdır və onun qohumları X13, X16, X8 notarial sənədə imza atmışlar mülkün müqabilində mərhum anasından aldıqları 10000 rubl məbləğində nəğd pula dair öhdəlik götürərək tərtib olunmuş sənədləri, tərəflər arasında əl yazısı ilə bağlanmış müqavilə formasını imzalamışlar. Buradan da alqı-satqı müqaviləsinə bərabər tutulan sənəd imzalanmışdır. Bununla bağlı notarial sənəd də mövcuddur. 24 avqust 1988-ci il tarixdə aralarında bağlanmış müqavilənaməyə alıcılar: X3 mərhum dayısı X11, atası X18, dayısı qızı X19, dayısı oğlu X21, bacısı X15, həyat yoldaşı X10 imza etmişlər. Cavabdeh onlara satdığı evi sənədləşdirməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləni cavabdeh və qohumları imzalamışlar. Mülkü onlara satan cavabdehə rəsmi, notariat qaydasında təsdiq olunmuş müqavilənamə əsasında 10000(on min) rubl məbləğində pul vəsaiti ödənilmişdir. O söz vermişdir ki, 3 il müddətinə mülkü onların adına sənədləşdirəcəklər. Məlum 1988-ci il hadisələri başladığına görə cavabdeh Ermənistan Respublikasının Yerevan şəhərinə köçmüşlər. X3 2015-ci ilin fevral ayının 7-də ölmüşdür. 1988-ci ildən mülkdə o, yaşamaqla bütün kommunal xərclər onun tərəfindən ödənilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-24.08.1988-i il tarixli müqavilənamədən görünür ki, Cavabdeh mülkiyyətində olan keçmiş Kirovabad şəhəri, Basin küçəsi, 6-cı döngə ev 41 (indiki Səfəvilər küçəsi, 6-cı döngə, ev 41) ünvanında yerləşən mülkü X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verlmiş 29.10.2021-ci il tarixli məktubdan görünür ki, 1975-ci ildə aparılmış inventarlaşdırma zamanı Kirovabad şəhəri, Basin küçəsi, 6-cı döngə 41 saylı fərdi yaşayış evinin X9 istifadəsində olduğu göstərilmişdir. Hal-hazırda ünvanı ünvan 2ın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İJ-128613 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdülü İddiaçı ana qrafasında X7 qeyd edilmişdir. AZ-İİ 061634 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06.02.2015-ci il tarixdə olmuşdur. İddiaçının təqdim etdiyi çeklərdən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi, 6-cı döngə, 41 ünvanında yerləşən mülkə dair kommunal xərcləri iddiaçı ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, tərəflər arasında olan hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının anası X2 Vladimir Aramoviçdən aralarında olan yazılı müqavilənaməyə əsasən, sonuncuya məxsus Gəncə şəhəri, Səfəvilər küçəsi, 6-cı döngə, 41 nömrəli (Keçmiş Kirovabad şəhəri, Basin küçəsi, 6-cı döngə ev 41) fərdi yaşayış evini almışdır. 1989-cu ildən iddiaçı tərəf maneəsiz, heç bir mübahisə olmadan fərdi yaşayış evinə faktiki olaraq öz mülkiyyəti kimi sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.06.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. MM-in 139.2-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı anası X2 Vladimir Aramoviçə məxsus fərdi yaşayış evini aralarında olan qarşılıqlı razılığa əsasən alaraq müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir.Bunun əsasında aralarında müqavilənamə bağlanaraq qarşı tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçının tələb etdiyi fərdi yaşayış evi hazırda uzun illərdir ki, iddiaçının faktiki istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi, (Keçmiş Basin) 6-ci döngə, 41 nömrəli fərdi yaşayış evinin alqı satqısına dair iddiaçının anası X6 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 1988-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər küçəsi, (Keçmiş Basin) 6-ci döngə, 41 nömrəli fərdi yaşayış evinin alqı satqısına dair iddiaçının anası X6 ilə Cavabdeh arasında bağlanmış 24 avqust 1988-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-864/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-864/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver