Məhkəmə qərarları › İş №2(043)-867/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-867/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-867/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxx» ASC-in Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxx» ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 13 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manat əsas, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat borcun, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 fevral 2020-ci ildə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul olunmuşdur. İddiaçının nümayəndəsi x1 məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 925 (doqquz yüz iyirmi beş) manat məbləğində kedit verilmiş və bununla bağlı tərəflərarasında13 sentyabr 2018-ci il tarixli ******* nömrəlikredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.5-ci bəndinə əsasən bank kredit müqaviləsində müəyyən edilmiş faiz hədlərinə əsasən hesablanmış, lakin vaxtında ödənilməmiş faizləri kapitallaşdıraraq borcalanın borcunu artıra bilər. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 18 dekabr 2019-cu il tarixinə olan əsas borcu 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manat, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq. Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları cavabsız qalmışdır. Bununla da cavabdeh, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin, kredit müqaviləsinə əsasən əsas və ona hesablanmış faiz borcu 782,55 (yeddi yüz səksən iki manat əlli beş) manat təşkil edir. Cavabdeh yaşadığı yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin həmin ünvanda yaşamadığı üçün bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 13.09.2018-ci il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 925 manat məbləğində kredit verilmişdir; Maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə 18.12.2019cu il tarixə 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manat əsas, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat təşkil edir; 10.12.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsinin gcikdirildiyi halda məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 13 sentyabr 2018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 24 faiz ödəmək şərti ilə 925 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etmədiyindən 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manat əsas, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu qalmaqla, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat kredit borcu yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər.Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli 13.09.202018-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manat əsas, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu olmaqla, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat kredit borcu Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilməlidir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia həmin hissədə də təmin olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.40 manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı «xxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2018ci il tarixli, ******* nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 13.09.202019-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 722,42 (yeddi yüz iyirmi iki manat qırx iki qəpik) manatəsas, 60,13 (altmış manat on üç qəpik) manat faiz borcu, cəmi 782,55 (yeddi yüz səksən iki manat əlli beş qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxxxx» ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar