Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-871/2020 08.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı"x1 ċavabdeh Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ċavabdeh Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09 fevral 2018-ci il tarixli, GNNPU0886 nömrəli istehlak kredit müqaviləsi üzrə 497,28 (dörd yüz doxsan yeddi manat 28 qəpik) əsas, 81,11 (səksən bir manat 11 qəpik) faiz borcu, 287,83 (iki yüz səksən yeddi manat 83 qəpik) manat cərimə borcu olmaqla, cəmi 866,22 (səkkiz yüz altmış altı manat 22 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında 09 fevral 2018-ci il tarixdə, GNNPU0886 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin banka 09 fevral 2018-ci il tarixli, GNNPU0886 nömrəli müqavilə üzrə 497,28 (dörd yüz doxsan yeddi manat 28 qəpik) manat əsas, 81,11 (səksən bir manat 11 qəpik) manat faiz borcu, 287,83 (iki yüz səksən yeddi manat 83 qəpik) manat cərimə borcu olmaqla, cəmi 866,22 (səkkiz yüz altmış altı manat 22 qəpik) manat məbləğində kredit borcu qalmışdır Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, 09 fevral 2018-ci il tarixli müqavilə üzrə banka olan borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəyəcəyini bildirərək iddia tələbinin cərimə hissəsində təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 09 fevral 2018-ci il tarixli,GNNPU0886 nömrəli istehlak kredit müqaviləsidən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 1600 manat məbləğində kredit verilmişdir. 13.12.2019-cu il tarixli, 127731 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun İddiaçınə 497,28 (dörd yüz doxsan yeddi manat 28 qəpik) manat əsas, 81,11 (səksən bir manat 11 qəpik) manat faiz borcu, 287,83 (iki yüz səksən yeddi manat 83 qəpik) manat cərimə borcu olmaqla, cəmi 866,22 (səkkiz yüz altmış altı manat 22 qəpik) manat məbləğində borcu qalmışdır; 21 fevral 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 09 fevral 2018-ci il tarixli, GNNPU0886 nömrəli istehlak kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1600 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan aldığı kredit borcunu tam ödəmədiyi üçün cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin(bundan sonra- MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi tərəflər arasında kredit və bank hesabı müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə 24 ay müddətinə 1600 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin borclu olduğu əsas məbləği və faiz məbləğini müqayisə edərək cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 287,83 (iki yüz səksən yeddi manat 83 qəpik) manat cərimə məbləği azaldılaraq 7.83 (yeddi manat 83 qəpik) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 497,28 (dörd yüz doxsan yeddi manat 28 qəpik) manat əsas, 81,11 (səksən bir manat 11 qəpik) manat faiz borcu, 7.83 (yeddi manat 83 qəpik) manat cərimə borcu olmaqla, cəmi 586,22 (beş yüz səksən altı manat 22 qəpik) manat kredit borcu cavabdehdən tutularaq "İddiaçı"x1 xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 09 fevral 2018-ci il tarixli, GNNPU0886 nömrəli istehlak kredit müqaviləsi üzrə 497,28 (dörd yüz doxsan yeddi manat 28 qəpik) manat əsas, 81,11 (səksən bir manat 11 qəpik) manat faiz borcu, 7.83 (yeddi manat 83 qəpik) manat cərimə borcu olmaqla, cəmi 586,22 (beş yüz səksən altı manat 22 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınaraq "İddiaçı"x1 xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-871/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-871/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver