Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-872/2020 08.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "İddiaçı"x3 nümayəndəsi x1 iştirakı ilə, İddiaçı "İddiaçı"x3 Cavabdeh Bağir qizina qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: iddiaçı "İddiaçı"x5 Cavabdeh Bağir qizina qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 sentyabr 2015-ci il tarixli, GNTQD- 0333 nömrəli kredit müqaviləsi üzrə 315,07 (üç yüz on beş dollar 07 sent) ABŞ dolları əsas, 8,62 (səkkiz dollar 62 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 323.69 (üç yüz iyirmi üç dollar 69 sent) ABŞ dolları məbləğində kredit borcunun və 20 (otuz) manat məbləğində dövlət rüsumun xeyrlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "İddiaçı"x3 nümayəndəsi x2 izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 640 ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin banka 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 nömrəli kredit müqaviləsi üzrə 315,07 (üç yüz on beş dollar 07 sent) ABŞ dolları əsas, 8,62 (səkkiz dollar 62 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 323.69 (üç yüz iyirmi üç dollar 69 sent) ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bağir qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün həmin bildirişin ona verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyətini məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən sacabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 kredit müqaviləsidən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 640 ABŞ dolları məbləğində kredit verilmişdir. 02.12.2019-cu il tarixli, RB-O5/PK nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Bağir qızının İddiaçınə 315,07 (üç yüz on beş dollar 07 sent) ABŞ dolları əsas, 8,62 (səkkiz dollar 62 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 323.69 (üç yüz iyirmi üç dollar 69 sent) ABŞ dolları məbləğində borcu qalmışdır; 11.12.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 640 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh götürdüyü kredit borcunu tam ödəmədiyi üçün borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Fzərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM)-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 315,07 (üç yüz on beş dollar 07 sent) ABŞ dolları əsas, 8,62 (səkkiz dollar 62 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 323.69 (üç yüz iyirmi üç dollar 69 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu cavabdehdən tutularaq "İddiaçı"x3 xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə ödənilməmiş 10 manat dövlət rüsumunun qalığı Cavabdeh Bağir qızından alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh Bağir qızından 28 sentyabr 2015-ci il tarixli, GNTQD-0333 nömrəli kredit müqaviləsi üzrə 315,07 (üç yüz on beş dollar 07 sent) ABŞ dolları əsas, 8,62 (səkkiz dollar 62 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 323.69 (üç yüz iyirmi üç dollar 69 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat pul alınaraq iddiaçı "İddiaçı"x3 xeyirinə ödənilsin. İş üzrə ödənilməmiş 10 (on) manat dövlət rüsumunun qalığı Cavabdeh Bağir qızından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-872/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-872/2020
08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver