Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-875/2020 04.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı x3 nümayəndəsi x2 iştirakı ilə, İddiaçı x3 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i: İddiaçı x5 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1555,46 manat əsas, 488,75 manat faiz borcu olmaqla, cəmi 2044,21 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in nümayəndəsi x4 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 07.03.2014-cü il tarixli, 103.LN.3110.070314.R.0001 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 23 faiz olmaqla 3000 manat kredit verilmişdir. Eyni zamanda borclu Cavabdeh kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir altına düşmüşdür. Azərbaycan Respublikası Maliyyə x1 tərəfindən banka göndərilmiş güzəştli şərtlərə yeni kredit müqaviləsinin bağlanması nəzərdə tutulmalı olan borcluların siyahısında onun adı vardır. Qeyd olunanları nəzərə alaraq, güzəştli yeni kredit müqaviləsinin imzalanması məqsədi ilə Cavabdeh İddiaçı ASC-nin Gəncə filialına müraciət etməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciət ünvanlanmışdır. Lakin buna baxmayaraq, borclu kreditin restrukturizasiyasından imtina etmiş, danışıqlar zamanı müxtəlif bəhanələrlə banka gələ bilməyəcəyini bildirmişdir. Odur ki, borclunun kredit borcunu restrukturizasiya etmək mümkün olmamışdır. 15 noyabr 2019-cu il tarixə Cavabdeh İddiaçı ASC-yə 1555,46 manat əsas, 488,75 manat faiz borcu olmaqla, cəmi 2044,21 manat borcu olmasına dair ona xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 07.03.2014-cü il tarixli, 103.LN.3110.070314.R.00001 nömrəli plastik kart üzrə kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik faiz dərəcəsi 23 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir; 15.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka (fərmana əsasən kompensasiya olunduqdan sonra) 15.11.2019-cu il tarixə 1555,46 manat əsas, 488,75 manat faiz borcu olmaqla, cəmi 2044,21 manat borcu yaranmışdır; 28.11.2019-cu il tarixli, 19/4156 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit borcunun restrukturizasiya olunması məqsədi ilə müqavilə bağlanması təklif olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, 07.03.2014-cü il tarixdə tərəflərarasında 103.LN.3110.070314.R.00001 nömrəli plastik kart üzrə kredit xətti müqaviləsi bağlanaraq, həmin müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə, illik 23 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit borcunu ödəmədiyi üçün borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və kredit borcunun restrukturizasiya olunması barədə müqavilə bağlamaq danyayınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmaqla iddiaçı müqaviləüzrə cavabdehə kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı borcu ödəməkdən boyun qaçıraraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin 15.11.2019-cu il tarixə kredit müqaviləsi üzrəöhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya 1555,46 manat əsas, 488,75 manat faiz borcu olmaqla, cəmi 2044,21 manat borc yaranmışdır. Belə olan halda həmin borc cavabdehdən tutularaq iddiaçının xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 07.03.2014-cü il tarixli, 103.LN.3110.070314.R.00001 nömrəlikredit müqaviləsi üzrə 1555,46 manat əsas, 488,75 manat faiz borcu olmaqla, cəmi 2044,21 (iki min qırx dörd manat iyirmi bir qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30manat tutularaq İddiaçı x3 xeyrinə verilsin. Qətnamənin surətirəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-875/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-875/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver