Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-892/2020 21.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəməyə sadələşmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini könüllü ödəmədiyinə görə 800 (səkkiz yüz manat) məbləğində debitor borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 830.40 manat pulun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı Kod 805573,VÖEN **********, M/H AZ03NABZ**********00000029 44, SWİFT BİK İBAZAZ2X,İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ********** ********** bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İddia ərizəsindən və ona əlavə olunmuş müqavilədən görünür ki, tərəflər arasında müqavilə cavabdehin istixanasının qazla təchiz olunması məqsədi ilə bağlanmqla cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisə MPM-nin 25.1-ci maddəsinin tətbiqi dairəsinə daxil deyil. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia ərizəsində irəli sürülmüş tələblə bağlı ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A RA ALDİ: İddiaçı Cavabdeh qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-892/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-892/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver