Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-901/2022 12.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı «pul tələbi»nə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 11730 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı vəsatət təqdim edərək bildirdi ki, cavabdeh X2 ilə aralarında razılıq əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdeh X1 qarşı «pul tələbi»nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 qarşı «pul tələbi»nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-901/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-901/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver