Məhkəmə qərarları › İş №2(043)-912/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-912/2020

05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-912/2020 05.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 15.05.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində tutulub ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə evlilikdən bir uşaqları 15.05.2012-ci il təvəllüdlü x3 doğulmuşdur. Cavabdeh ilə ailə qurduqları ilk vaxtlar mehriban ailə şəraitində yaşasalarda sonralar ailə münasibətləri pozulmuşdur. Birgə nikahlarından olan uşaqları onun himayəsində yaşayır. x7 Rayon Məhkəməsinin müvafiq qərarı ilə 90 manat sabiq pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasına baxmayaraq həmin müddətdən indiyə qədər heç bir ödəniş etməmişdir. Qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən olunmuş aliment məbləği hazırda uşağın maddi tələbatını ödəmir. Uşağın xərclərini ödəmək üçün hə ay ən azı 200-250 manat pul lazımdır. O isə uşağın saxlanılmasında çox çətinlik çəkmişdir. Cavabdehin isə aliment məbləğini ödəməyə maddi imkan olsa da, o, uşağın normal şəraitdə böyüməsi üçün maddi kğməklik göstərməmiş, buna görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizəsi təqdim edərək bildirdi ki, x6 Rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli, 2(043)-1624/2015 saylı qətnaməsi ilə 90 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olmasına baxmayaraq, onun razılığı əsasına icra sənədi üzrə icraata xitam verilmişdir. Odur ki, Cavabdeh 15.05.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 170 manat aliment tutulub ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərisəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını, iddia ərizəsinin verildiyi tarixdən hesablanmaqla Cavabdeh 15.05.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 170 manat aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək iddianı qismən qəbul edərək bildirdi ki, hazırda zavodda işləyir və qazancı onu təmin etmir, subaydır və evlənməmişdir, hər ay 120 manat sabit pul məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 15 may 2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində aliment təyin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş x7 rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 mart 2018-ci il tarixli, AZ-T № 053278 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x3 15 may 2012-ci il tarixdə doğulmuşdur, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarına əlavə olunmuş x7 rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.07.2017-ci il tarixli, 216 nömrə ilə qeyd edilmiş, AZ-İ seriyalı, 257731 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 04.07.2017-ci ildə pozulmuşdir. İddia ərizəsinə əlavə olunmuş x6 Rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli 2(043)- 1624/2015 saylı qətnaməsinin surətindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh 15 may 2012-ci ildə doğulmuş x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləği ilə aliment ondan tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş, x6 Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 8(043)-659/2015 saylı qərardadının surətindən görünür ki, x6 Rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli, 2(043)-1624/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. İşin faktiki halı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, onların ailə münasibətlərindən 15 may 2012-ci il tarixdə Şadət adlı bir oğlan uşaqları doğulmuşur. x6 Rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli 2(043)-1624/2015 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, Cavabdeh 15 may 2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəllər aliment təyin edilmiş, sonradan tərəflər arasında barışıq olduğundan x6 Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 8(043)-659/2015 saylı qərardadının surətindən görünür ki, x6 Rayon Məhkəməsinin 21 aprel 2015-ci il tarixli, 2(043)-1624/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra tərəflər arasında münasibət cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsini nəzərə alınaraq iddia qismən təmin olunmalı, 15.05.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, aliment qismində tutulan illik məbləğ 500 manatdan yuxarı olduğundan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməli, alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən, yəni 21 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin yüksən qazancının olmaması onun yetkinlik yaşına çatmamış uşağının minimum tələbatlarını ödəməklə bağlı konstitusiya vəzifəsindən azad edə bilməz. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay bir uşağa görə 130 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15.05.2012-ci il təvəllüdlü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Aliment 21 yanvar 2020-ci il tarixdən tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar