Məhkəmə qərarları › İş №2(043)-918/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-918/2020

19.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-918/2020 19.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) x1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31.08.2004-cü il anadan olmuş x2 və 29.04.2002-ci ildə anadan olmuş x5 yetkinlik yaşlarına çatana kim ix15 Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməsinə və cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, x15 Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuşİmamzadə və Qumru onun yanında saxlanılmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarıüçün Cavabdeh hər ay, hər uşağa görə 80 manat aliment tutularaq onun xeyrinəödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşaqların minimum tələbatlarını beləödəmir. Cavabdeh təyin olunmuş alimentdən əlavə ona heç bir maddi yardım etmədiyi üçün uşaqları saxlamaqda maddi cəhətdən çətindik çəkir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnaməüzrə nümayəndəsi (vəkili) x3 iddianı qismən qəbul edərək göstərdi ki, cavabdeh hər iki gözündən ömürlük 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir. Ömürlük 200 manat pensiya təyin olunmuşdur. Cavabdehin hər ay hər uşağa 100 manat ödəməyə maddi imkanının olduğunu qeyd etdi. İddianın qismən təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 209199 nömrəli və AZ-İ 522710 nömrəli doğum haqqında şəhadətnamələrin əsli iləüzləşdirilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 29.04.2002-ci ildə Qumru və 31.08.2004-cü ildəİmamzadəadlı uşaqları anadan olmuşdur; Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah akt qeydi pozulmuş, birgə nikahlarından 29.04.2002-ci ildə anadan olmuş x7 və 31.08.2004-cü ildə anadan olmuş x6 anaları İddiaçı yanında saxlanılmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarıüçün Cavabdeh hər ay, hər uşağa görə 80 manat aliment tutularaq İddiaçı xeyrinəödənilməsi qət edilmişdir; Cavabdeh tərəfindən təqdim edilmiş: Azərbaycan RespublikasıƏƏSMN-i yanında Dövlət x12 Gəncəşəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 04.02.2020-ci il tarixli **********2 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan RespublikasıƏƏSMN-i yanında DSMF Gəncəşəhəri Kəpəz rayon şöbəsindən 2-ci qrup əlilliyə görə 200 (iki yüz) manat məbləğindəömürlük pensiya alır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncəşəhəri Kəpəz Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsinəəsasən tərəflərin birgə nikahlarından anadan olmuş Qumru vəİmamzadənin yetkinlik yaşlarına çatanadək saxlanmalarıüçün cavabdehdən hər ay hər uşağa görə 80 manat aliment tutularaq iddiaçının xeyrinəödənilməsi qət edilmişdir. Təyin olunmuş 80 manat məbləğində aliment azyaşlı uşaqların saxlanmalarıüçün yetərli olmadığından və cavabdeh hər uşağa ödədiyi 80 manat alimentdən başqa uşaqların saxlanmalarına görəçəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə cavabdehin ikinci qrup əlil olmaqla 200 manat pensiyadan başqa qazancı və gəliri olmadığını göstərərək, cavabdehin hər ay hər uşağa 100 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Məhkəmə işüzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinəəsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «x13»Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinəəsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «x13» BMT Konvensiyasının 3-cü maddəsinəəsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adıçəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki vəəqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinəəsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməkləGəncəşəhəri Kəpəz Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)- 1386/2019 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinəödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra yaşayış minimumunun əhəmiyyətli dərəcədə qalxmasını, uşağın böyüyərək tələbatının artmasınıəsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmiş, cavabdeh tərəf isə ikinci qrup əlil olmasını göstərərək qeyd olunan alimenti ödəməyə maddi imkanının olmadığını göstərmişdir. x14 Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının vəƏsas x4 Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinəəsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunmasıüçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «x10» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170,0 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəməölkəüzrə uşaqlar üçün yaşayış minimumunun 170 manat müəyyən edildiyini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasınıəsas tutaraq, habelə uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini , cavabdehin ikinci qrup əlil olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər uşağa görə 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 29.04.2002-ci ildə anadan olmuş x5 və 31.08.2004-cü il tarixdə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanmalarıüçün Cavabdeh x15 Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 80 (səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməklə, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinəödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinəəsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzindəödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki işüzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh x15 Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 2(043)-1386/2019 nömrəli qətnaməsi ilə 29.04.2002-ci ildə anadan olmuş x5 və 31.08.2004-cü ildə anadan olmuş x2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə təyin olunmuş 80 (səksən) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinəödənilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x15 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar