Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-923/2020 19.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.05.2009-cu ildə anadan olmuş x1 üçün təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməklə cavabdehdən alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 04.09.2008-ci ildə ailə qurmuşlar, nikahlarını isə 06.10.2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 31.05.2009-cu ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tairxli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş Rəvanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 70 manat məbləğində aliment tutulub onun xeyrinəödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşağın tələbatını ödəmir. İddia tələbində alimentin məbləğinin 200 manat müəyyən olunmasını tələb etsə də hazırda cavabdehin işsiz olmasını və ikinci qrup gözdən əlil olmasını nəzərə alaraq alimentin məbləğinin artırılaraq 100 manat müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(044)-1948/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş Rəvanın yetkinlik yaşına çatanadək saxlanılmasıüçün ondan hər ay 70 manat məbləğində aliment tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin məbləğinin 100 manat müəyyən edilməsinə etirazı olmadığını bildirdi. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 359568 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 31.05.2009-cu ildə Rəvan adlı uşaqları anadan olmuşdur; Gəncəşəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(044)-1948/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin arasında olan nikah akt qeydi pozulmuş, birgə nikahlarından anadan olmuş Rəvanın yetkinlik yaşına çatanadək saxlanılmasıüçün cavabdehdən hər ay 70 manat məbləğində alimentin tutulub iddiaçının xeyrinəödənilməsi qət edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, Gəncəşəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tairxli, 2(044)-1948/2019 nömrəli qətnaməsinəəsasən tərəflərin birgə nikahından anadan olmuş Rəvanın yetkinlik yaşına çatanadək saxlanmasıüçün cavabdehdən hər ay 70 manat sabit pul məbləğində aliment tutulub iddiaçının xeyrinəödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment azyaşlı Rəvanın saxlanmasıüçün yetərli olmadığından və cavabdeh 70 manat alimentdən başqa uşağın saxlanmasına görəçəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.Alimentin artırılaraq 100 manat məbləğində müəyyən edilməsini xahiş etmiş, cavabdeh isə etirazının olmadığını bildirmişdir. Məhkəmə işüzrə müəyyən olunmuş halları araşdırıb, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 31.05.2009-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tairxli, 2(044)-1948/2019 nömrəli qətnaməsi əsasında tutulan 70 manat məbləğində alimentin miqdarı artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməklə, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı xeyrinəödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki işüzrə Cavabdeh dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 31.05.2009-cu ildə anadan olmuş x2 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.09.2019-cu il tairxli, 2(044)- 1948/2019 nömrəli qətnaməsi üzrə təyin olunan alimentin məbləği artırılaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-923/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-923/2020
19.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver