Məhkəmə qərarları › İş №2(043)-927/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-927/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-927/2021 15.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının İddiaçı ASC-nin nümayəndəsi X2 , cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 800840-133485/1 saylı kredit müqaviləsi üzrə 2204,91 (iki min iki yüz dört manat, doxsan bir qəpik) manat, faiz borcuna görə 251,59 (iki yüz əlli bir manat əlli doqquz qəpik) manat, cəmi 2456,05 (iki min dört yüz əlli altı manat beş qəpik) manat məbləğində pulun və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh2 məxsus 583 əyyarlı,40,8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd), 750 əyyarlı, 26,1 qram çəkidə 1 ədəd dəst yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin borcalan Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 800840-133485/1 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 28% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində cavabdehə kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Eyni zamanda, bank ilə Cavabdeh2 arasında xx xxxxxx 2019-cu il tarixli, 800840-133485/1 nömrəli kredit meqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi xx xxxxxx 2019 il tarixli, 800840-133485/1 nömrəli girov müqaviləsi bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli, 800840-133485/1 nömrəli Girov müqaviləsinə borc öhdəliyinin təminatı qismində Cavabdeh2 məxsus 583 əyyarlı, 40,8 qram çəkidə 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1ədəd, qolbağı 1 ədəd), 750 əyyarlı, 26,1 qram çəkidə 1 ədəd dəst bankın pul anbarına saxlanca vermişdir. Eyni zamanda, kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2019-cu il tarixli, 800840-133485/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. xx xxxxxx 2021-ci il tarixinə borclunun xx xxxxxx 2019-cu il tarixli, 800840-133485/1 saylı kreidit müqaviləsi üzrə 2204,91 manat əsas borc və 251,59 manat faiz borcu olmaqla, cəmi 2456,5 (iki min dörd yüz əlli altı manat beş qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, ödəyəcəyi pulu və kredit borcunu etiraf edir. Məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, kredit borcunu etiraf edir. “Univermaq” ticarət mərkəzində telefon satışı ilə məşğul olur. Məhkəmədən ödəniş edə bilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə tərəfləri dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 800840-133485/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 28 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə Bank tərəfindən Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulan hallarda birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Bu halda Bank 10 təqvim günü qabaqcadan müqavilənin birtərəfli qaydada ləğv olunması üçün əsaslandırılmış xəbərdarlığı borcalana göndərir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 800840-133485/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 800840- 133485/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh1 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 800840-133485/1 saylı girov müqaviləsindən və girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktından görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan boyunbağ - 1 ədəd, çəkisi- 40,8 qr, əyarı- 583; dəst 1 ədəd, çəkisi- 26,1 qr, əyarı- 750, olmaqla bazar qiyməti 2736,3 manat olan qızıl-zinət əşyasını girov qoymuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin xəzinadarlığından 5000 manat pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixli 800840-133485/1 nömrəli kredit müqaviləsinə əsasən 28 % dərəcəsilə, 24 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Belə ki, xx xxxxxx 2021-ci il tarixə borcalanın banka 2204,91 manat əsas borc və 251,59 manat faiz borcu olmaqla, cəmi 2456,5 (iki min dörd yüz əlli altı manat beş qəpik) manat məbləğində kredit borcu movcuddur və kredit müqaviləsi üzrə gecikmə 218 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 279-cu maddəsinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi, həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini kimi girov müqaviləsi bağlanmışdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını və tutmanın girov predmeti olan əşyalara yönəldilməsini əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən 2204,91 manat əsas borc, 251,59 manat faiz borcu olmaqla, cəmi 2456,5 manat kredit borcu iddiaçının xeyrinə tutulmalı, tutma cavabdehə məxsus girov qoyulmuş çəkisi 40,8 qram, 583 əyarlı 2 ədəd qızıl-zinət aşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd) 26,1 qram, 750 əyyarlı 1 ədəd dəstindən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılaraq, tələb təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30.40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 30.40 manat dövlət rüsumu da cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağalanmış xx xxxxxx 2019-cu il tarixli 800840-133485/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2204,91 manat əsas borc, 251,59 manat faiz borcu olmaqla, cəmi 2456,5 (iki min dörd yüz manat əlli qəpik) manat pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh2 məxsus çəkisi 40,8 qram, 583 əyarlı 2 ədəd qızıl-zinət əşyaları (boyunbağı 1 ədəd, qolbağı 1 ədəd); 26,1 qram, 750 əyyarlı 1 ədəd dəstdən ibarət qızıl-zinət əşyasına yönəldilsin, həmin qızıl-zinət əşyası açıq hərracdan satılaraq satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar