Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-928/2020 16.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı BOKT İddiaçı-in nümayəndəsi x5 iştirakı ilə, İddiaçı BOKT İddiaçı-in cavabdehlər x2 və Zamin qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı BOKT İddiaçı cavabdehlər x2 və Zamin qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən məştərək qaydada 09 Mart 2016-cı il tarixli LD********** nömrəli kredit müqaviləsi üzrə 1063,69 (bir min altmış üç dollar 69 sent) ABŞ dollar əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 fevral 2020-ci il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x7 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, BOKT «x11» MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 09 mart 2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 34 ay müddətinə 09 yanvar 2019-cu il tarixə qədər aylıq qalıq borcun 8,88% dərəcəsini tətbiq etməklə 1544 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında 09 mart 2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu x6 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh 07 yanvar 2020-ci il tarixəBOKT «x11» MMC-yə1063,69 (bir min altmışüç dollar 69 sent) ABŞ dollar əsas borcu qalmışdır. BOKT «x11» MMC-in kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri 06 dekabr 2019cu il tarixli müqaviləyə əsasən BOKT İddiaçı-yə güzəşt edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək öz hüququndan istifadə etmək qərarına gəlmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər x2 və Zamin məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh gəndərilən bildiriş geri qaytarılaraq yaşadığı ünvandan köçdüyü qeyd olunmuşdur. Zamin isə göndərilən bildirişin ona təqdim olunubolunmaması barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşadıqları yer üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş:-09.03.2016-cıil tarixli LD/16069/00026 nömrəli kredit müqaviləsindən görünür ki, BOKT «x11» MMC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 34 ay müddətinə, illik 8,88% faiz ödəmək şərtilə 1544 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır; 09.03.2016-cıil tarixli LD/16069/00026 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu x6 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 07.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, x1 09.03.2016-cıil tarixli, LD/16069/00026 nömrəli kredit müqaviləsi üzrə 1063,69 (bir min altmış üç dollar 69 sent) ABŞ dollarıəsas borcu vardır; Hüquqların və tələblərin güzəşti haqqında 06.12.2019-cu il tarixli müqavilədən görünür ki, BOKT «x11» MMC kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT İddiaçı-yə güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı BOKT «x11» MMC ilə cavabdeh x4 arasında bağlanmış 09.03.2016-cı il tarixli, LD/16069/00026 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 8,88% faizlə 34 ay müddətinə 1544 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcun təminatı olaraq Zamin ilə kredit təşkilatı arasında 09.03.2016-cıil tarixli LD/16069/00026 zaminlik müqaviləsi bağlanaraq zamin borclu ilə birlikdə öhdəliyin icrasıüçün məsuliyyəti öz üzərinə götürmüşdür.BOKT «x11» MMC-in kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən BOKT İddiaçı-yə güzəşt edilmişdir. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya 1063,69 (bir min altmışüç dollar 69 sent) ABŞ dolları əsas borcu qalmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdehlər təşkilata olan borcu ödəməmişlər, nəticədə iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. MM-in 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı cavabdehə 34 ay müddətinə illik faiz dərəcəsi 8,88% faiz olmaqla 1544 ABŞ dolları məbləğində kredit verməkləüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, 1063,69 (bir min altmışüç ABŞ dollar 69 sent) ABŞ dolları borcu qalmaqla öhdəliyi icra etməmişlər. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh və zamin x3 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin kredit təşkilatı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 09.03.2016-cıil tarixli, LD/16069/00026 nömrəli kredit müqaviləsi üzrə 1063,69 (bir min altmışüç dollar 69 sent) ABŞ dollarıödəniş gününə olan məzənnə ilə Azərbacan manatı ekvivalentində kredit borcu tutularaq BOKT İddiaçı-in xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 09.03.2016-cıil tarixli LD/16069/00026 nömrəli kredit müqaviləsi üzrə 1063,69 (bir min altmış üç dollar 69 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbacan manatı ekvivalentində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq BOKT İddiaçı-in xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-928/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-928/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver