Məhkəmə qərarları › İş №2(043)-930/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-930/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-930/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh mərhum X5 hüquqi varisi X8 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1810,37 (bir min səkkiz yüz on manat 37 qəpik) manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa X11 məhkəməyə ərizə təqdim edərək iddiaçı ilə qeyd olunan kredit müqaviləsinin onun mərhum atası X10 ilə bank arasında bağlandığını, atası xx xxxx 2020ci ildə öldüyü üçün atasının hüquqi varisi kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə mərhum X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən mərhum X9 illik 27 faizlə 48 ay müddətinə 2300 (iki min üç yüz) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. X4 vəfat edib. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən BPM**********90 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə cavabdeh X5 əsas borc üzrə 1810,37 (bir min səkkiz yüz on manat 37 qəpik) manat borcu mövcuddur. X2 hüquqi varisi olan oğlu X8 cavabdeh qismində işə cəlb edilməsini və borcun cavabdehlərdən X6 və Cavabdeh müştərək qaydada tutumasını məhkəmədən xahiş etdi. X11 mərhum X5 hüquqi varisi qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında X5 hüquqi varisi X11 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, mərhum atası X10 ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə bankdan atasının müalicəsi üçün 2300 manat məbləğində kredit götürmüşlər, lakin atası vəfat edəndən sonra atasının dəfni ilə əlaqədar və maddi imkanları olmadığı üçün banka olan borclarını ödəyə bilməmşlər. Digər cavabdeh olan zamin Cavabdeh onun anasıdır. Kredit borclarını hissə-hissə ödəməyə etirazları olmadığını bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- BPM**********90 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” ASC-in Gəncə filialı ilə mərhum X10 arasında bağlanmış kredit müqaviləsinə əsasən X9 istehlak məqsədi üçün 48 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2300 manat məbləğində kredit verilmişdir; BPM**********90 nömrəli, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan X10 oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 32 nömrəli maliyyə arayışından görünür ki, BPM**********90 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1810,37 (bir min səkkiz yüz on manat 37 qəpik) manat borc vardır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, mərhum X10 xxxx” ASC-in Gəncə filialının xəzinədarlığından 2277 manat pulu qəbul etmişdir. AZ-İİ 095971 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh qızına borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun zamin Cavabdeh qızından tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də zamin bank qarşısında birgə borclu olduğundan iddiaçı qalan borcun ödənilməsini zamindən tələb etmək hüququna malikdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, 1810,37 (bir min səkkiz yüz on manat 37 qəpik) manat məbləğində kredit borcu cavabdehlər X6 və Cavabdeh qızından müştərək qaydada tutularaq “xxxx” ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh qızından müştərək qaydada 1810,37 (bir min səkkiz yüz on manat 37 qəpik) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar