Məhkəmə qərarları › İş №2(043)-941/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-941/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-941/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyan üçün 2832 (iki min səkkiz yüz otuz iki) ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə pulu, ümumilikdə 3186 manat borc, 30 manat dövlət rüsumu, cəmi 3216 manat Cavabdeh alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxx» MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyan almış və nəticədə 3186 (üç min yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2832 (iki min səkkiz yüz otuz iki) manat (yəni 24 ay x 118 manat + 0 manat ilkin ödəniş) Soyuducu “LG”, “Samsung LED” markalı televizor üçün ümumilikdə, 3186 (üç min yüz səksən altı) manat olmaqla ondan 2832 (iki min səkkiz yüz otuz iki) manat ödənilməmiş hissə, 354 (üç yüz əlli dörd) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyanı hissə-hissə ödəmək şərti ilə almış və həmin əmlakları dostuna vermişdir. Borcunu etiraf edir. Məhkəmədən borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən müqaviləyə əsasən “Samsung” markalı soyuducu və “Samsung” markalı paltaryuyan almış və aylıq 118 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 0 (sıfır) manat ödəniş etmiş, əsas borc üzrə 2832 (iki min səkkiz yüz otuz iki) manat borcu qalmış, həmin borca 354 (üç yüz əlli dörd) manat dəbbə pulu hesablanmaqla ümumilikdə 3186 (üç min yüz səksən altı) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə xərci iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 2832 (iki min səkkiz yüz otuz iki) ödənilməmiş əsas borc, 354 (üç yüz əlli dörd) manat dəbbə pulu olmaqla, cəmi 3186 (üç min yüz səksən altı) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2832 manat ödənilməmiş əsas borc, 354 manat dəbbə pulu, 30 (otuz) manat məhkəmə xərci qismində dövlət rüsumu olmaqla, ümumilikdə 3216 (üç min iki yüz on altı) manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar