Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-944/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat borcun və ödənilmiş 71 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 2020-ci ilin əvvəllərində tanımışdır. Cavabdeh Göygöl rayonunda fəaliyyət göstərən vəkil Namiq Həsənova məxsus ofisdə işləmiş, cavabdehin işlədiyi ofis onun yaşadığı evə yaxın olduğu üçün aralarında münasibət yaranmışdır. O, yeraltı mədəndə işləmiş, buna baxmayaraq ona təyin edilmiş aylıq pensiya çox aşağı həddə təyin edilib, eyni zamanda da oğlu Namiq Əlivev Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunub və hazırda da cəza çəkir. Bunula əlaqədar, yəni pensiyasının artırılması və oğlunun həbsdən azad olunması ilə bağlı dəfələrlə qeyd olunan ofisdə olmuşdur və vəkil Namiq Həsənova müxtəlif orqanlara ərizələr yazdırmışdır. Cavabdeh da buna görə tanımış və münasibəti yaranmışdır. O, ərizələr yazdırdıqca Cavabdeh hər dəfə bildirmişdir ki, onun türmədə və Sosial Müdafiə Nazirliyində yaxın adamı var, sənin pensiyanı 1000 manat etdirə bilər, eyni zamanda da oğlunu vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azad etdirər. Cavabdeh onun pensiyasını artırmaq üçün 2000 manat, oğlunun cəzaçəkmə müəssisəsindən azad etmək üçün isə 3000 manat lazım olduğunu bildirmişdir. O, cavbdehin vədlərinə inanaraq bildirmişdir ki, pulu ancaq notarius vasitəsi ilə verə bilər, cavabdehdə razılaşıb, inanmışdır. 24 sentyabr 2020-ci il tarixdə Göygöl rayon Notariat ofisində kredit müqaviləsi imzalamışlar. O, birinci dəfə cavabdehə 2500 manat pul vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda o, cavabdehə əlavə olaraq 2500 manat pul vermişdir. O, 5000 mnat pulu cavabdehə verəndən sonra mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır, cavabdeh isə hər dəfə bildirmişdir ki, Bakı şəhərindədir onun işini həll edir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq pulunu ələ keçirib. Bundan sonra o, Göygöl rayon polis şöbəsinə şikayət ərizəsi yazmış, təhqiqatçı tərəfindən araşdırma aparılmış və cavabdehin əməlində cinayət tərkibinin olmaması əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Cavabdeh mənə məxsus 5000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək ona maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, o, cavabdehə 24.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 2500 manat, bundan sonra şifahi müqavilə əsasında 2450 manat məbləğində pulu borc kimi vermişdir. Odur ki, cavabdehdən ona borc kimi verdiyi cəmi 4950 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon notariat kontorunda İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 24.09.2020-ci il tarixli kredit müqaviləsinin 1-ci və 2ci bəndlərindən görünür ki, borcverən borcalana 2500 (iki min beş yüz) manat məbləğində pulu borc verir və borcalan isə həmin məbləği 24.03.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 21.02.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı Göygöl Rayon Polis şöbəsinə etdiyi müraciətlə bağlı aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o pula ehtiyacı olduğu üçün İddiaçı 5000 manat borc pul istəmişdir. İddiaçı isə ona 2500 manat pulu 24.09.2020-ci il tarixdə Notariat Kontorunda bağladıqları kredit müqaviləsi əsasında vermiş, daha sonra isə onun müraciəti əsasında 2450 manat olmaqla, cəmi 4950 manat pulu borc olaraq vermişdir. O, həmin məbləği borc alaraq aldığını, maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış yazılı və şifahi kredit müqavilələrinə əsasən o, cavabdehə ilkin olaraq 2500 manat, daha sonra isə 2450 manat pulu borc kimi vermiş, lakin cavabdeh ondan borc kimi aldığı pul məbləğini bugünədək ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 4950 manat məbləğində pulun Cavabdeh verilməsini təsdiq edən sübutları, yəni notarial qaydada bağlanmış müqaviləni və cavabdehin ondan həmin məbləğdə pulun borc kimi alınmasına dair cavabdehin təhqiqat araşdırması zamanı verdiyi izahatının əks olunduğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıya olan 4950 manat borcunu və ya onun bir hissəsini qaytarması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında yazılı və şifahi borc müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı həmin müqavilələr üzrə öhdəliyini yerinə yetirərək ümumilikdə 4950 manat məbləğində pulu cavabdehə borc kimi vermiş, lakin cavabdeh öhdəliyin icrası müddətinin başa çatmasına baxmayaraq, müqavilələr üzrə öhdəliyini icra etməmiş, borc kimi aldığı pul məbləğini iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4950 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 71 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4950 (dörd min doqquz yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71 (yetmiş bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-944/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-944/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver