Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-947/2020 22.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x1 cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2, qarşı «borc tələbi və ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına müqavilə üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC məhkəməyə iddia ərizəsi verərək, Cavabdeh1-dən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”MMC-nin xeyrinə 68832,25 ABŞ dolları məbləğində əsas borc,gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6978.82 ABŞ dolları məbləğində borc olmaqla, cəmi 75811.07 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasıüçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş30manat dövlət rüsumunun hesablanaraq tutulması, tutmanın Cavabdeh2 məxsus olan Göygöl rayonu, Quşqara kəndi, Gəncə Samux yolunun solunda yerləşən ümumi sahəsi 2268 kv.m olan Əmlak kompleksinə yönəldilməsi, onun açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan əmlak kompleksinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən görünür ki, tələb hüquqi şəxs olan Cavabdeh1 –yə yönəldilməklə hər iki tərəf hüquqi şəxsdir və tərəflər arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi iləəlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 153.2.1-ci maddəsinin tələbinəəsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x1 cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2, qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A RA ALDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x1 cavabdehlər Cavabdeh1 x2 və Cavabdeh2, qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-947/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-947/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver