Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-966/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı «xxxx» X9 Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən e t d i: İddiaçı «xxxx» Kommersiya Bankı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 276,49 manat əsas borc, 2,93 manat faiz borcu olmaqla, cəmi 279,42 manat kredit borcu və ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditor “xxxx” KB ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 120 ay müddətinə, illik faiz dərəcəsi 35% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank bu müqavilə üzrə yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. Gəncə şəhəri 5 saylı Notariat Ofisi xx.xx.2019-cu il tarixli məktubu ilə X1 vərəsəsinin Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir. Bu isə borcalan X1 hüquqi varisinin Cavabdeh1 və Cavabdeh2 olması anlamına gəlir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Kredit müqaviləsi üzrə cavabdehin «xxxx» KB ASC-yə 276,49 manat əsas, 2,93 manat faiz olmaqla, cəmi 279,42 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə xx xxxxxx 2021-ci il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ərizəyə əlavə edilmiş iddiaçı ilə X4 arasında bağlanmış 1349sKPZ/17 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, «xxxx» KB ASC tərəfindən cavabdehə 120 ay müddətinə illik 35% ödəmək şərtilə 15000 məbləğədək kredit limiti ayrılmışdır. Ərizəyə əlavə edilmiş edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X2 banka olan borcu 276,49 əsas borc, 2,93 manat faiz olmaqla, cəmi 279,42 manat təşkil edir. Ərizəyə əlavə edilmiş edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı notariat ofisinin “xxxx” KB ASC-yə ünvanladığı məktubdan görünür ki, mərhum X2 adına Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 2V-202 reyestr nömrəli vərəsəlik işi açılmışdır və mərhumun vərəsəsi arvadı – Cavabdeh1 və qızı – Cavabdeh2 vərəsə kimi tanınmışdır. Ərizəyə əlavə edilmiş “xxxx” KB ASC tərədindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan bildirişdən görünür ki, cavabdehlərə X2 vərəsəsi müəyyən olunduqları üçün kredit alanın hüquqi varisi kimi kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikləri üçün, borclarını 5 iş günü ərzində tam ödəməkləri xahiş olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə bə ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafələrini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309.1-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 xxxx KB ASC-yə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 279,42 manat pul onun mirasını qəbul etmiş vərəsələrindən müştərək qaydada tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X2 vərəsələri Cavabdeh1 və X3 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 276,49 manat əsas borc, 2,93 manat faiz borcu olmaqla, cəmi 279,42 manat kredit borcu tutularaq «xxxx» KB ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 276,49 manat əsas borc, 2,93 manat faiz olmaqla, cəmi 279,42 (iki yüz yetmiş doqquz tam yüzdə qırx iki) manat kredit borcu və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq iddiaçı “X6” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-966/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-966/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver