Məhkəmə qərarları › İş №2(043)-977/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-977/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-977/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Məmmədova Nigar Arif qızının etibarnamə üzrə nümayəndəsi X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.08.2017ci ildə anadan olmuş X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməklə, cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X5 nümayəndəsi X10 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(044)- 1262/2018 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş Mirramizin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində və uşağın 3 yaşına çatana kimi saxlanması üçün 20 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş aliment uşağın saxlanması üçün yetərli deyildir. Belə ki, uşaq böyüdükcə günü-gündən onun tələbatı dı artır. İddiaçı isə heç bir yerdə işləmir. Cvabdeh təyin olunmuş alimentdən başqa uşağın saxlanmasında maddi cəhətdən kömək etmədiyi üçün iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh 2-ci qrup əllil olmaqla ayda 130 manat pensiya alır və 100 manatını alimentə ödəyir. Cavabdehin 130 manat təqaüddən başqa qazancı və gəliri olmadığını göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T 074494 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 15.08.2017-ci ildə Mirramiz adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2(044)- 1262/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15.08.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi saxlanılması 20 manat məbləğində alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 06.08.2020-ci il tarixli, 2(104)-121/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2(044)-1262/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1927/2021 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 06.08.2020-ci il tarixli, 2(104)-121/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DSMF-in publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı tərəfindən verilmiş 05.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 2-ci qrup əlliliyə görə 130 manat sosial müavinət təyin olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2(044)-1262/2018 nömrəli qətnaməsinə əsasən 15.08.2017-ci ildə anadan olmuş X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X13 qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək uşağın tələbatının artmasını, təyin olunmuş alimentin yetərli olmadığını göstərərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə 2-ci qrup əlil olmaqla 130 manat təqaüddən başqa qazancı və gəliri olmadığını göstərərək iddi tələbinə qarşı etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2(044)- 1262/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq X5 xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X7» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,0 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Cavabdeh 2-ci qrup əlil olmasını əsas gətirərək iddia tələbinə qarşı etiraz etsə də onun əmək qabiliyyətinin olmamasına dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 15.08.2017-ci ildə anadan olmuş X3 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2018-ci il tarixli, 2(044)-1262/2018 nömrəli qətnaməsi əsasında tutulan 100 manat alimentin məbləği artırılaraq, hər ay 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq X5 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar