Məhkəmə qərarları › İş №2(043)-986/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-986/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-986/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı x7 Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı x7 Təşkilatı “xxxxxxxx” MMC-inCavabdeh Rövşən oğluna qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: x7 Təşkilatı "x5” MMCəmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh Rövşən oğlundan əsas məbləğ üzrə 1093 ABŞ dolları, kredit faizləri üzrə 176 ABŞ dolları, cərimə faizləri üzrə 109 ABŞ dolları olmaqla ümumilikdə 1378 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutularaq BOKT "x5” MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkmədən xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2(043)- 3803/2018 nömrəli məhkəmə əmri ilə kreditor borclu -14.10.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh Rövşən oğlundan əsas borc üzrə 1093 ABŞ dolları, faiz üzrə 176 ABŞ dolları və cərimə məbləği üzrə 109 ABŞ dolları olmaqla, cəmi 1378 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tutularaq, kreditor BOKT "x5” MMC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh Rövşən oğlunun məhkəmə əmrinə verdiyi etiraz əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24.01.2020-ci il tarixli, 2(043)-3803/2018 nömrəli qərardadı ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli, 2(043)- 3803/2018 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, x7 Təşkilatı “x5” MMC-nin Gəncə filialı ilə borclu Cavabdeh Rövşən oğlu arasında bağlanmış 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsinə əsasən borcluya 12 (on iki) ay müddətinə 01.07.2016-cı il tarixə qədər illik borcun 20.90% dərəcəsini tətbiq etməklə 1205 (bir min iki yüz beş) ABŞ dolları məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 1.2-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin borclu Cavabdeh Rövşən oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu Cavabdeh Rövşən oğlu müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh Rövşən oğlu ilə işin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor x7 Təşkilatı “x5” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Belə ki, borclu ilə kreditor arasında bağlanmış 26.06.2015- il tarixli LD/15177/00175 saylı kredit müqaviləsi AR MPM-nin 276.2.-ci maddəsində qeyd olunan əsaslardan biridir. Borclu Cavabdeh Rövşən oğlunun maliyyə arayışına əsasən BOKT “x5” MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 1093 ABŞ dolları, kredit faizləri üzrə 176 ABŞ dolları, cərimə faizləri üzrə 109 ABŞ dolları olmaqla ümumilikdə 1378 ABŞ dolları təşkil edir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qərardadı ilə borclu Cavabdeh Rövşən oğlu tərəfindən verilmiş etiraz təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(043)-3803/2018 nömrəli məhkəmə əmri ləğv edilsin və həmin materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı x7 Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi x3 06.02.2020-ci il tarixli maliyyə arayışı və tələb hüququnun güzəşt olunması barədə müqaviləni məhkəməyə təqdim edərək, Cavabdeh Rövşən oğlundan əsas borc məbləği üzrə 647.20 ABŞ dolları tutularaq iddiaçı x7 Təşkilatı “xxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Rövşən oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş x7 Təşkilatı “x5” MMC-in Gəncə filialı ilə Cavabdeh Rövşən oğlu arasında bağlanmış 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsindən görünür ki, borcluya 12 (on iki) ay müddətinə 01.07.2016-cı il tarixə qədər illik borcun 20.90% dərəcəsini tətbiq etməklə 1205 (bir min iki yüz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 02.03.2018-ci il tarixli maliyyə arayışından görünür ki, 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsi üzrə Cavabdeh Rövşən oğlunun x7 Təşkilatı “x5” MMC-yə əsas məbləğ üzrə 1093 ABŞ dolları, faiz üzrə 176 ABŞ dolları, cərimə üzrə 109 ABŞ dolları, cəmi 1378 ABŞ dolları borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh Rövşən oğlu banka olan borcunu ödəməyəcəyi təqdirdə qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş, 06 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT "x5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni Kreditor BOKT "xxxxxxxx" MMC-yə keçmişdir (güzəşt edilmişdir). İş materiallarına əlavə edilmiş 06.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsi üzrə Cavabdeh Rövşən oğlunun x7 Təşkilatı “xxxxxxxx” MMC-yə əsas məbləğ üzrə 647 ABŞ dolları, faiz üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları, cəmi 647 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 439.2-ci maddəsinin tələbinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunu şərtləndirildiyi hallardan başqa, o manatla ödənilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, x7 Təşkilatı “x5” MMC-nin Gəncə filialı ilə Cavabdeh Rövşən oğlu arasında bağlanmış 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə də Cavabdeh Rövşən oğlu müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh Rövşən oğlu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı x7 Təşkilatı “x5” MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bundan sonra BOKT "x5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni kreditor BOKT "xxxxxxxx" MMC-yə güzəşt edilmişdir. 06.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 26.06.2015-ci il tarixli LD/15177/00175 saylı kredit müqaviləsi üzrə Cavabdeh Rövşən oğlunun x7 Təşkilatı “xxxxxxxx” MMC-yə əsas məbləğ üzrə 647 ABŞ dolları, faiz üzrə 0 ABŞ dolları, cərimə üzrə 0 ABŞ dolları, cəmi 647 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Rövşən oğlundan əsas borc məbləği üzrə 647 ABŞ dollar ödəniş anına manata məzənnə ilə manat ekvivalentində tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını iddiaçı xahiş etdiyindən və ödənilmiş tələbin məbləği nəzərə alınmalı, məhkəmə xərci qismində 20 manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehdən 10 manat ödənilməmiş dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Rövşən oğlundan əsas borc məbləği üzrə 647 (altı yüz qırx yeddi) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, x7 Təşkilatı “xxxxxxxx” MMC-yə ödənilsin. Cavabdeh Rövşən oğlundan 10 (on) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x8 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar