Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-989/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18.09.2005-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və 50 manat məbləğində mediyasiya xərcinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayarq məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2003-cü ildə nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahdan 18 sentyabr 2005-ci il tarixdə Fatimə adlı övladları dünyaya gəlmişdir. 19 oktyabr 2007-ci il tarixdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşağı yanında saxlanılmaqla sabit pul məbləğində 50 manat alimentin Cavabdeh tutulması və ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan aliment bir neçə dəfə artırılmışdır. Lakin 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edildiyindən, həmçinin uşağın saxlanılması üçün nəzərdə tutulan xərclər artdığına görə hazırda ödənilən alimentin miqdarının artırılaraq 193 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, cavabdeh onun əridir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı ilə birgə nikahlarından 18.09.2005-ci ildə anadan olmuş Fatimənin yetikinlik yaşına çatanadən saxlanması üçün təyin olunmuş 154 manat məbləğində alimentin miqdarı artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. Hazırda cavabdeh olan əri Cavabdeh ilə birgə nikahlarından 3 azyaşlı uşaqları vardır. Əri Cavabdeh heç bir yerdə işləmir, qazancı və gəliri yoxdur. Fəhləliklə məşğul olaraq təyin olunmuş 160 manat alimenti çətinliklə ödəyir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV 556937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 18.09.2005-ci ildə Fatimə adlı uşaqları anadan olmuşdur; 04.03.2022-ci il tarixli, MŞG/1-000425 saylı ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 04.03.2022-ci il tarixə saat 10:00- 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(043)- 1683/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən 18 sentyabr 2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənən alimentin miqdarı artırılmış və hər ay sabit pul məbləğilə 160 (bir yüz altmış) manat məbləğində aliment ondan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ 391765 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah 14.03.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat (VVADQ) şöbəsində qeydə alınmışdır. AZ-İİ 219670, AZ-İİ 424003 və AZ-İİ 977348 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 21.02.2009-cu il tarixdə Xədicə, 20.02.2010-cu il tarixdə Şirzad və 05.12.2012-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. 31.02.2022-ci il tarixli elektron məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh Gəncə-Kəpəz məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən 18 sentyabr 2005-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı iddia etmişdir ki, təyin olunmuş 160 manat məbləğində aliment uşağın saxlanılması üçün yetərli olmadığından alimentin miqdarı artırılaraq 193 manat müəyyən olunmalıdır. Cavabdeh tərəf isə aliment təyin olunandan sonra gəlirlənrində heç bir müsbət dəyişiklik olmadığını, əksinə işsiz olduğunu, himayəsində üç azyaşlı uşaq olduğunu əsas gətirərək iddia tələbinə qarşı etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə tutulan alimentin məbləği artırılaraq, hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 193 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, habelə cavabdehin himayəsində yetkinlik yaşlarına çatmayan 3 uşağının olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mediyasiya haqqında Qanunun 36.5-i maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Cavabdeh ödənilmiş mediyasiya xərcinin yarısı yəni 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından 18.09.2005-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(043)-1683/2020 nömrəli qətnaməsi ilə təyin olunmuş 160 manat alimentin məbləği artırılaraq, hər ay 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş mediyasiya xərci olan 50 manat pulun yarısı, 25 (iyirmi beş) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-989/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-989/2022
27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver