Məhkəmə qərarları › İş №2(044)-10/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-10/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-10/2020 13.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» X6 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh «xxxxxxxxxx» X3rşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddialar üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» QSC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh4 cavabdeh «xxxxxxxxxx» X3rşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxx» QSC-nın nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək, iddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair 2(044)-10/2020 saylı mülki iş üzrə iddia tələbrindən imtina etdikləri bildirilmiş və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh4 nümayəndəsi, vəkil X8 məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçı Cavabdeh4 cavabdeh «xxxxxxxxxx» X3rşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iş üzrə iddia tələblərindən imtina etdikləri bildirilmiş və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçıların iddialardan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «xxxxxxxxxx» QSC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2014-cü il tarixli 06R000015127 saylı və xx.xx.2014-cü il tarixli 006R********** saylı kredit razılaşmaları üzrə «xxxxxxxxxx» QSC qarşısında hər hansı bir borc öhdəliyinin olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə müvafiq olaraq iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxx» QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair və iddiaçı Cavabdeh4 cavabdeh «xxxxxxxxxx» X3rşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddialar üzrə iddiaçıların iddialardan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. İş üzrə xx.xx.2018-ci il tarixli 33358 saylı rəy üzrə 50.0 (əlli) manat,xx.xx.2018-ci il tarixli 23175 saylı rəy üzrə 145.0 (yüz qırx beş) manat, xx.xx.2020-ci il tarixli 27724 saylı rəy üzrə 200 (iki yüz) manat, cəmi 395 (üç yüz doxsan beş) manat ekspertiza xərcləri iddiaçı «xxxxxxxxxx» QSC-dən və cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxxx» X6 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiadan iddiaçı «xxxxxxxxxx» QSC-nin imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh4 cavabdeh «xxxxxxxxxx» X3rşı «ipoteka müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiadan iddiaçı Cavabdeh4 imtinası qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə xx.xx.2018-ci il tarixli 33358 saylı rəy üzrə 50.0 (əlli) manat,xx.xx.2018-ci il tarixli 23175 saylı rəy üzrə 145.0 (yüz qırx beş) manat, xx.xx.2020-ci il tarixli 27724 saylı rəy üzrə 200 (iki yüz) manat, cəmi 395 manat ekspertiza xərcləri «xxxxxxxxxx» QSC-dən və cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar