Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-100/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14, Cavabdehlər Cavabdeh1 və X5 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, X6, X2 və X9 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 18595.95 ABŞ dolları, 15039.61 ABŞ dolları, cəmi 76359.96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına əsasən 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 13.03.2015-ci il tarixli 06R000013067S saylı, 28.10.2015-ci il tarixli 06R000013067SA saylı, 12.02.2016-cı il tarixli 06R000013067SB saylı, 23.05.2016-cı il tarixli 06R000013067SC saylı, 11.11.2016cı il tarixli 06R000013067SD saylı, 30.11.2016-cı il tarixli 06R000013067SE saylı, 25.04.2017-ci il tarixli 06R000013067 SF saylı, 31.08.2017-ci il tarixli 06R000013067SG saylı, 12.03.2018-ci il tarixli 06R000013067SH saylı, 11.07.2018-ci il tarixli 06R000013067Sİ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və hazırda Cavabdeh1 borcu cəmi 76359.96 ABŞ dolları məbləğindədir. Kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi iləCavabdeh3 ilə iddiaçı arasında 13.09.2013cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti binaya iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq RX ******* saylı çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1, X11, X3, X12 notarial qaydada ərizələr təqdim eərək həmin yaşayış evini və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şətrsiz tərk edəcəkləri barədə öhdəliklər götürmüşlər. İddiaçının nümayəndəsi X18 məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 18595.95 ABŞ dolları, cərimə 15039.61 ABŞ dolları, cəmi 76359.96 ABŞ dolları vəödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının İddiaçıQSCnin xeyrinə tutulması, tutmanın Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti binaya) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına 76359.96 (yetmiş altı min üç yüz əlli doqquz dollar doxsan altı sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət vrüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində mülkiyyətində olan 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti binaya) tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, X7, X4, X1, X5 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X18 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış 12.09.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqaviləyə əsasən ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, uzunmüddətli kredit müqaviləsi üzrə ona 23.09.2013-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmiş, bundan sonra bank ilə aralarında sazişlər imzalanmış və həmin zasişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, bu barədə aralarında ipoteka müqaviləsi bağlanmışdır. O, kredit borcundan ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan dolların kursunun qalxma səbəbi və maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh X12 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X11, X10, X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X7, X4, X1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1 və X5 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 12.09.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC-ti tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC-ti tərəfindən Cavabdeh1 36 ay müddətinə 110000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 13.03.2015-ci il tarixli 06R000013067S saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 28.10.2015-ci il tarixli 06R000013067SA saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 12.02.2016-cı il tarixli 06R000013067SB saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 23.05.2016-cı il tarixli 06R000013067SC saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 11.11.2016 cı il tarixli 06R000013067SD saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 30.11.2016-cı il tarixli 06R000013067SE saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 25.04.2017-ci il tarixli 06R000013067SF saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 31.08.2017-ci il tarixli 06R000013067SG saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. 11.07.2018-ci il tarixli 06R000013067Sİ saylı sazişin surətindən görünür ki, 23.09.2013-cü il tarixli 06R000013067 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.02.2020-ci il tarixli 437 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları 12.09.2013-cü il tarixli 06L000006870 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 23.09.2013-cü il tarixli 06R000013067 saylı razılaşmasının əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 29.04.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) İddiaçı QSC-nə olan cəmi 45949.81 ABŞ dolları (əsas borc üzrə 42724.42 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları) məbləğində müəyyən edilmişdir (ekspertiza xərci 145 manat). 13.09.2013-cü il tarixli 06M000001042 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti binaya, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti binaya) İddiaçı QSC-nə ipoteka qoyulmuş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. 17.09.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 19.07.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evi Cavabdeh3 adına qeyd edilmişdir. “xxxx” MMC-nin 10.03.2021-ci il tarixli ƏQ-120/2021 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 125 saylı fərdi yaşayış evinin Likvid dəyəri 133000 (yüz otuz üç min) manat, bazar dəyəri 140000 (yüz qırx min) manat təşkil edir (ekspertiza xərci 400 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, X11, X10, X3, X12 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evi boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:-“xxxx” ASC Yevlax filialı, kod - 509299, VÖEN:********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** - ödənilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 06R000013067 saylı kredit razılaşması üzrə əsas borc üzrə 42724.4 ABŞ dolları, faiz borcu üzrə 3225.39 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti bina) yönəldilsin. İlkin satış qiyməti 140000 (yüz qırx min) manat qəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsinə və həmin torpaq sahəsində liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B-də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evinə (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikinti sahədən ibarət xidməti bina, liter Çdə yerləşən 1 mərtəbəli, 8 kv.m tikinti altı sahədən ibarət xidməti bina) açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait hesabına 45959.79 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı İddiaçıQSC-nə ödənilsin. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti bina) satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, X11, X10, X3, X12 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılsınlar. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsində yerləşən 0.0405 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Liter A-da yerləşən 2 mərtəbəli, 2 otaqlı, 174.4 kv.m ümumi, 39.4 kv.m yaşayış, 135 kv.m yardımçı sahədən ibarət, liter B də yerləşən 2 mərtəbəli, 2 otaqlı, 78 kv.m ümumi, 49 kv.m yaşayış, 29 kv.m yardımçı sahədən ibarət 125 saylı fərdi yaşayış evi (liter C-də yerləşən 1 mərtəbəli, 9.5 kv.m tikintialtı sahədən ibarət xidməti bina, liter Ç-də yerləşən 1 mərtəbəli, 8 kv.m tikintialtı sahədən ibarət xidməti bina) boşaldılsın və İddiaçı QSC-nə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh3 qaytarılsın. İş üzrə məhkəmə ekspertiza xərci 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:-“ xxxx” ASC Yevlax filialı, kod - 509299, VÖEN:********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** - ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci 145 (yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-100/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-100/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver