Məhkəmə qərarları › İş №2(044)-1004/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1004/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1004/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərə cəlb edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh x xxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat müəyyən edilməsinə, cavabdehin sağlamlıq imkanları məhdud x xxxx 2005-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 150 manat məbləğində əlavə xərcə cəlb edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, onun cavabdehlə birgə nikahdan iki uşağı x xxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxxxx 2007-ci il təvəllüdlü X7 adlı iki uşağı doğulmuşdur. Cavabdehlə onun arasında olan nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Onların qızı x xxxx 2005-ci il təvəllüdlü X6 xəstədir. Belə ki, Nərgiz şəkərli diabet, böyrəküstü vəzin çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Cavabdeh məhkəmə tərəfindən qət edilən alimentdən başqa uşaqlara heç bir maddi və mənəvi dəstək göstərmir, hazırda o, 160 manat alimentlə 2 uşağı saxlamaqda çətinlik çəkir, bunun üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olur və kifayət qədər gəliri vardır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun səhhətində problemlər olduğu üçün o, ağır fiziki işlə məşğul ola bilmir. O, özü məşğul idarəsində iş axtaran şəxs kimi qeydiyyata düşmüşdür. Onun Sonda o, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhəri Nizmai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(044)- 1169/2016 saylı qətnamənin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, x xxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 saxlanması üçün Cavabdeh Gəncə şəhər Nizmai Rayon Məhkəməsinin x xxxx 2013-cü il tarixli 2(044)- 540/2013 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx xxxx 2005ci il tarixdə anadan olmuş X3 və xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit məbləğində müəyyən edilməsi və həmin pul vəsaiti x xxxx 2016-cı il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. - Gəncə şəhər 2 saylı uşaq poliklinikasının xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, x xxxx 2005-ci il təvəllüdlü X6 həqiqətən xx xxxxx 2016-cı il tarixindən şəkərli diabet insulindən aslı olan diaqnozu ilə endokrinoloji kabinetdə dispanser qeydiyyatındadır. Pompa insulin terapeyası alır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan x xxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxxxx 2007-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert və Reablitasiya xitməti 25 saylı tibbi sosial ekspert Komissiyasının məlumat vərəqindən görünür ki, x xxxx 2005-ci il təvəllüdlü X5 insulindən asılı şəkərli diabet, sabit olmayan ketoasedos vəziyyət Miopiya, hər iki gözdə yüksək dərəcəli miopin astiqmatizim diaqnozu qoyulmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi: X2 xx.xx.2019-cu il tarixli epikriz formasından görünür ki, Cavabdeh S22.0 Th 12 fəqərəsinin kompression sınığı diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə xəstə Th 12 laminoektomiya Th10-Th11-L1 transpedikulyar fiksasiya əməliyyatı olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki sosial və əqli cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərinin mövcudluğunu, alimentin artırıldığı 2016-cı ildən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun, malların və xidmətlərin qiymətinin artıdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı x xxxx 2005-ci il tarixdə təvəllüdlü X3 müalicə xərclərinin qarşılanması üçün 150 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, müalicə xərclərinin 150 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, Nərgiz Tağıyeva sağalanadək onun müalicəsi ilə bağlı xərclərin məbləği 30 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, x xxxx 2005-ci il tarixdə təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment və X3 müalicəsi üçün sağalanadək hər ay 30 manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı qızına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. x xxxx 2005-ci il tarixdə təvəllüdlü X3 və xx xxxxxx 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. x xxxx 2005-ci il tarixdə təvəllüdlü X3 müalicəsi üçün, sağalanadək Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 30 (otuz) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. 13 (on üç) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar