Məhkəmə qərarları › İş №2(044)-1019/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1019/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1019/2021 14.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada onun xeyrinə 12705.39 manat məbləğində kredit borcu, 2621.05 manat məbləğində faiz borcu və 5090.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 20417.11 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 20417.11 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunu və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ona ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 onun xeyrinə müştərək qaydada tutulması, Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02.12.2014-cü il tarixli 006L**********52 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 07.03.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07.10.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2294.61 manat ödəmiş, oun 12705.39 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razlaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.10.2020-ci il tarixə 365 gün üçün hesablanmış faiz borcu 2621.05 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 06.10.2020-ci il tarixə 365 gün üçün hesablanmış cərimə 5090.67 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka verən Cavabdeh1 Sahil oğlu, Cavabdeh2, Cavabdeh4 iddiaçı ilə bağladığı 04.12.2014-cü il tarixli 006M**********1 saylı ipoteka müqaviləsi əsasında Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı yaşayış evini iddiaçının xeyrinə ipoteka yüklü emişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 21 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyata alınmış və seriya RX ******* № li çıxarışa əsasən Gəncə şəhəri Nizami rayonu Nizami küçəsində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evini Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh ipoteka verən Cavabdeh1, Cavabdeh4 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər 25.09.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişlərin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Gəncə şəhəri Nizami rayonu 27 saylı Evlər üçlüyü tərəfindən verilmiş 02.12.2014-cü il tarixli forma 2 arayışına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, həmçinin X5 və X2 həmin evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predtmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli, 006L**********52 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 02 dekabr 2014-cü il tarixli, 006L**********52 saylı uzunmüdətli kredit xətti müqaviləsi üzrə 07.03.2014-cü il tarixli 006R********** saylı kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2 % dərəcəsi ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. - 09 dekabr 2014-cü il tarixli, 006S**********01 saylı, 006S**********02 saylı, 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, 02 dekabr 2014-cü il tarixli, 006L**********52 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 07.03.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 06.10.2020-ci il tarixinə İddiaçı KB QSC-yə 12705.39 manat əsas borc, 2621.05 manat faiz borcu, 5090.67 manat cərimə borcu (365 gün cərimə hesablanmış gecikdirilən günlərin sayı), ümumilikdə 20417.11 manat borcu vardır. - 04.12.2014-cü il tarixli, 006M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, 02 dekabr 2014-cü il tarixli, 006L**********52 saylı uzunmüddətli kredit xətti müqaviləsinin və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi onun, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 155 № li fərdi yaşayış evi və 0.0208 ha torpaq sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 155 № li fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 25.09.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 155 № li fərdi yaşayış evi və 0.0208 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məlumat verilmişdir. - İddiaçıQSC-nin 01.10.2020-ci il tarixli ərizənin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışın surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul olunmuşdur. - 02.12.2014-cü il tarixli 2 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 1 mərtəbəli 2 otaqlı 50,6 kv.m yaşayış sahəsi 69.3 kv.m ümumi sahə 18.7 kv.m yardımçı sahəsi olan 155 № li fərdi yaşayış evinin sahibi Cavabdeh1dur. Həmin evdə Məmmədov X8 və Cavabdeh4 qeydiyyatdadırlar. - 04.12.2014-cü il tarixli Cavabdeh4 Sahıb qızının, Cavabdeh2, X3 və X1 ərizələrindən görünür ki, onlar Cavabdeh1, Cavabdeh4 Sahıb qızına, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 155 № li fərdi yaşayış evinin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razıdırlar və həmin evə tutma yönəldikdə evin satılmasını və evi qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. - 05.10.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit razılaşmasına əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, buna görə də iddiaçının ondan borcun ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 50 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, iddiaçının onlardan da borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 33-cü maddəsinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanında yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən 69.30 m2 ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(044)- 1019/2021 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC-nin 30.08.2021-ci il tarixli, 01/21-432 saylı rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən 69.30 m2 ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 75000 manat, likvid dəyəri 63000 manat müəyyən edilmişdir. İş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti müəyyən edildiyindən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsi və üzərində yerləşən 69.30 m2 ümumi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 63000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 28.12.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər həmin əmlakı boşaldaraq çıxmalı və alıcıya təhvil verməlidilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 12705.39 manat məbləğində kredit borcu, 2621.05 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 15376.44 manat məbləğində borc tutulmalı, tələb Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 63000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 iddiaçının xeyrinə müştərək qaydada tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılaraq həmin əmlak boşaldılıb alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 22 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqları müştərək qaydada Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 12705.39 manat məbləğində kredit borcu, 2621.05 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla cəmi 15376 (on beş min üç yüz yetmiş altı) manat 44 (qırx dörd) qəpik borc tutulsun. Tələb Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcu ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 İddiaçı QSCnin xeyrinə müştərək qaydada tutulsun. İpoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ümumi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsi və onun üzərində olan 155 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 63000 (altmış üç min) manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 həmin əmlakdan çıxarılaraq, həmin əmlak boşaldılıb alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 22 (iyirmi iki) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqları Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar