Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1029/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh1 nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə ilə tutulması, eyni zamanda dövlət rüsumuna görə ödədiyi 107 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə Gəncə şəhərində yaşayış evi tikmək üçün torpaq sahəsi almaq qərarına gəlmiş və Gəncə şəhərində torpaq alqı-satqısı ilə məşğul olan X2 öyrənmişdir ki, Cavabdeh1 Gəncə şəhəri, Sevinc qəsəbəsində 4 sot torpaq sahəsi satmışdır. Süleyman Məmmədovun vasitəçiliyi ilə onlar Cavabdeh1lə görüşmüş və 4 sot torpaq sahəsini 5000 ABŞ dollarına razılaşmışlar və o, cavabdehə 5000 ABŞ dolları məbləğində pul vermiş, Mahir isə Gəncə şəhərində Sevinc qəsəbəsində 16 saylı torpaq sahəsini onlara göstərərək bildirmişdir ki, bütün sənədləri qanunidir, torpaq sahəsi müdiri olduğu Qənnadi fabrikinin torpağıdır. Hətta həmin torpaq sahəsinə dair anası X5 etibarnamə də vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 onları aldadaraq, satdığı torpaq sahəsi başqa adamın adına olmuş və həmin adam da torpağı başqasına satmış, çıxarış almışdır. Cavabdeh1 torpağın başqasının adına olduğunu bildiyi halda və torpaq satmağa heç bir səlahiyyəti olmadığı halda 5000 ABŞ dolları məhbəlində pullarını ələ keçirərək onlara maddi ziyan vurmuşdur. Sonradan o, pulunu tələb etdikdə Cavabdeh1 bəhanələr edərək bildirmişdir ki, guya torpağı Cavabdeh2 bağışlamış, 5000 ABŞ dollarını da Cavabdeh2 vermişdir. O, Cavabdeh1 və qeyrilərinin ona qarşı dələduzluq etmələri barədə aidiyyəti orqanlara şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı Eldəniz Məmmədov tərəfindən araşdırma aparılmış, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbləri əsas gətirilərək cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakterli olduğu qeyd edilmişdir. Təhqiqatçının qeyd edilən qərarından dəfələrlə Gəncə şəhər prokurorluğuna şikayət vermişdir. Bir neçə dəfə təhqiqatçının qərarı ləğv edilmiş, lakin yenidən cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 birlikdə ona məxsus 5000 ABŞ dollarını ələ keçirmişdir. Ona görə də ona məxsus 5000 ABŞ dolları müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında idddia ərizəsinə uyğun eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi, vəkil X3 məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Çünki ilk növbədə torpaq sahəsini kordinatları müəyyən edilməlidir. Həmin torpaq sahəsinin Cavabdeh1 rəhbəri olan Qənnadı fabrikinə aidiyyatı yoxdur və sonuncu həmin torpaq sahəsinə görə heç kimdən pul almamışdır. Məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, o, yaşadığı Məhsəti qəsəbəsində qonşuluqda olan torpaq sahələrinin və evlərin alqı-satqısı ilə məşğul olur. Cavabdeh1 sürücüsü Cavabdeh2 2014-cü ilin fevral ayında ona Məhsəti qəsəbəsi adlanan yerdə, təzə Şəmkir avtovağzalının qarşı tərəfində 400 kv.m torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Cavabdeh2 ona həmin torpaq sahəsinin etibarnamə ilə Cavabdeh1 adlı şəxsə məxsus olmasını demişdir. Həmin ərəfədə o, Şəmkir rayon Kür qəsəbəsində yaşayan İddiaçı adlı şəxsin torpaq sahəsi almaq istədiyini bildiyindən, İddiaçıla danışıb Cavabdeh2 dediyi torpaq sahəsi barədə İlqara danışmışdır. İddiaçı həmin torpaq sahəsinə, anası və arvadı ilə birlikdə baxıb bəyənmişdir. Bundan sonra İddiaçı həmin torpaq sahəsini Cavabdeh1 ilə 5000 (beş min) ABŞ dollarına razılaşmışlar. İddiaçı 5000 (beş min) ABŞ dolları məbləğində pulu Cavabdeh1 iş otağında onun yanında sayıb Cavabdeh1 vermişdir. Həmin vaxt Cavabdeh1 torpağa alıcı tapdığına görə ona xidmət haqqı kimi 100 ABŞ dolları vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında bildirdi ki, İddiaçı onun əridir. Onların torpaq sahəsi almaq niyyəti olmuşdur. 2014-cü il tarixdə işdə olarkən əri İlqar ona zəng edərək, torpaq sahəsi almaq üçün bankdan kreditə pul götürməsini demiş və onlar 5000 ABŞ dolları məbləğində bankdan pul götürmüşlər. Bundan sonra əri və qaynanansı ilə birlikdə gedib torpaq sahəsinə baxmışlar. Sonra torpağı tapan makler Süleyman gəlmiş, demiş ki, pulu aparıb Cavabdeh1 və Cavabdeh2 verəcəklər. Əri İddiaçı makler X7 ilə birlikdə torpaq sahəsini almağa görə Cavabdeh1 5000 ABŞ dolları məbləğində pul vermişlər. Hazırda Cavabdeh1 və Cavabdeh2 onlara 5000 ABŞ dolları məbləğində borcları vardır. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2018-ci il tarixli 216/3 saylı məktubla, Gəncə Qənnadi AİS-nin idarə heyətinin sədri Cavabdeh1 xx.xx.2018-ci il tarixli 123 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 11 dekabr 1992-ci il tarixli 4316 saylı sərəncamı ilə Gəncə şəhər X8 xx.xx.1992-ci il tarixli 21/47 saylı qərarına əsasən Şəmkir yolunun şimal-şərq hissəsində şəhər icarə Qənnadı fabrikinə bostançılıq sahələrinin yaradılması üçün 5.0 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. X18 fabrikinin müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin 18 fevral 1993-cü il tarixli birgə iclasının 4 saylı protokolundan çıxxarışdan görünür ki, Gəncə şəhəri icra hakimiyyətinin 11 dekabr 1992-ci il tarixli 4316 sıralı sərəncamı ilə şəmkir yolunun şiml hissəsindən X18 fabrikinə bostançılıq sahələrinin yaradılması üçün ayrılmış torpaq sahəsindən fabrik əməkçilərinin (X6) hər birinə bostan sahəsi üçün 200.0 kv.m torpaq sahəsi ayrılmışdır. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 64 saylı arayışından görünür ki, X9 həqiqətən xx.xx.1983-cü il tarixli 141 saylı əmrə əsasən Gəncə qənnadı fabrikinə işə qəbul olunmuş və xx.xx.2011-ci il tarixli 9/k saylı əmrlə işdən azad edilmişdir. Gəncə şəhər İcra hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 4316 saylı sərəncamına və X11 İttifaqı Komitəsinin 18 fevral 1993-cü il tarixli iclasının 4 saylı protokoluna əsasən “Sevinc” qəsəbəsi ərazisində olan 400 kv.m 16 saylı torpaq sahəsi X4 adına qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 64 saylı arxiv arayışından görünür ki, X9 həqiqətən xx.xx.1983-cü il tarixdən X13 Birliyində” mexaniki təmir sexinə xadiməçi işinə qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 107 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 107 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1029/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1029/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver