Məhkəmə qərarları › İş №2(044)-1039/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1039/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1039/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-369/2016 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuş və onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 adlı bir uşaqları var. Onlar bir müddətdən sonra onların ailə münasibətləri pozulmuş, onlar ayrıldıqdan sonra uşaq onun himayəsində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-369/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində alimentin onun xeyrinə tuitulması qət edilmişdir. Cavabdeh uşağı ilə maraqlanmamış və hər ay 100 manat alimenti ödəməklə valideynlik borcunu yerinə yetirməsi hesab edir. Bu yaxınlarda Gəncə şəhəri erməni terroruna məruz qalanda belə cavabdeh uşağına görə narahat olmamış və uşağına mənəvi yardım göstərməmişdir. O, uşağı tək böyüdür və uşaq böyüdükcə maddi tələbatları da artır. Hazırkı şəraitdə 100 manat pul uşağın bir aylıq tələbatını təmin etmir. Artıq uşaq məktəbə getməlidir və o, uşağı məktəbə qədər hazırlığa qoymuşdur, uşağın məktəb ləvazimatları, geyimi və gündəlik tələbatlarını təmin etmək üçün onun maddi imkanı yoxdur, özü Gəncə Dövlət Regional Kollecində arxiv müdiri işləməklə aylıq əmək haqqı 260 manat təşkil edir, həmin pul da onların maddi ehtiyclarını ödəmir. Cavabdeh Sumqayıt şəhərində Şərq bazarında qəssabxana işlədir və ət alveri ilə məşğul olur, kifayət qədər gəliri var. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək, iddia tələbi ilə razı olmadığını, o, iddiaçı ilə boşandıqdan sonra başqa ailə qurmasını, həmin nikahdan onun 2018-ci il təvəllüdlü Dilək adında bir uşağının olmasını, iddiaçının himayəsində olan Ayxan Əliyevdən başqa da onun 2 azyaşlı uşağının olmasını, həmin uşaqlardan birinin 14 yaşı, digərinin isə 3 yaşı olmasını, 14 yaşlı Emilin anasının dünyasını dəyişməsini və uşağın maddi təminatının onun üzərində olmasını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə alimentin artırılması tələbinə dair iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(044)-369/2016 saylı qətnaməsinin surətindən görünür ki, Quliyeva (Əliyeva) Anarə Mövsüm qızı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə Gəncə şəhəri Qeydiyyat şöbəsində 383 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası Quliyeva (Əliyeva) Anarə Mövsüm qızının yanında qalması, xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin Quliyeva (Əliyeva) Anarə Mövsüm qızının xeyrinə tutulması qət edilmişdir. xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əliyeva Anarə Mövsüm qızının birgə nikahlarından xx xxxx 2015-ci il tarixdə X2 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(044)-369/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1800 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(044)-369/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-1039/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar