Məhkəmə qərarları › İş №2(044)-1048/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1048/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1048/2021 08.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Nəbiyev (Hacıyev) Əli Əjdər oğlunun Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Nəbiyev (Hacıyev) Əli Əjdər oğlu Cavabdeh qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əvəzinə banka ödədiyi 1215.83 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Nəbiyev (Hacıyev) Əli Əjdər oğlu iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə dostluq münasibətləri olmuşdur. Cavabdeh ona bankdan kreditə pul götürmək istədiyini, lakin bank ona zamin olmadan kreditə pul verə bilmədiyni bildirmişdir. O, cavabdehlə razılaşıb, Gəncə şəhəri, Cavadxan küçəsi 24-də yerləşən “xxxx”ASC-nin Gəncə filialına getmişlər. xx.xx.2016-cı il tarixdə Cavabdeh “xxxx” ASC-nin Gəncə filialı ilə müqavilə bağlayıb 1200,00 AZN kredit götürmüşdür. Onunla bank arasında cavabdehin öhdəliyinin təminatı olaraq xx.xx.2016-cı il tarixli, Z-127GTKR162790009 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixli, Z-127GTKR162790009 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə xx.xx.2016-cı il tarixli, Z-127GTKR162790009 nömrəli Müqavilə üzrə (irəlidə Kredit Müqaviləsi)Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və Zamin Kreditor qarşısında Borcalanla birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.5-ci bəndinə görə Kreditor Kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını Zaminin sərəncamı olmadan, akseptsiz qaydadatəlavə razılığını almadan) onun “xxxx” ASC-dəki istənilən bank hesabından tuta(silə) bilər. Borcalan Cavabdeh “xxxx”ASC-nin Gəncə filialı ilə müqavilə bağlayıb 1200,00 AZN kredit üzrə götürdüyü pulu müxtəlif vaxtlarda vaxtında ödəyə bilmədiyi üçün həmin borcun əsas və faiz borcun bir hissəsi onun “xxxx” ASC-dəki bank hesabına yönəldilmiş və müxtəlif vaxtlarda: xx.xx.2017-ci il tarixdə 0.69 AZN, xx.xx.2017-ci il tarixdə 104.30 AZN, xx.xx.2017-ci il tarixdə 56.30 AZN, xx.xx.2018-ci il tarixdə 0.90 AZN, xx.xx.2018-ci il tarixdə 107.54 AZN, xx.xx.2018-ci il tarixdə 51.89 AZN,xx.xx.2018 -ci il tarixdə 49.25 AZN, xx.xx.2018-ci il tarixdə 26.97 AZN, xx.xx.2018-ci il tarixdə 0.96 AZN, xx.xx.2018-ci 1l tarixdə 47.70 AZN, xx.xx.2018-ci il tarixdə 34.29 AZN, xx.xx.2018-ci il tarixdə 13.42 AZN, xx.xx.2018-ci il tarixdə 0.42 AZN,xx.xx.2018-ci il tarixdə 47.99 AZN, xx.xx.2018-ci il tarixdə 47.84 AZN, xx.xx.2018-ci il tarixdə 0.45 AZN, xx.xx.2018-ci il tarixdə 47.28 AZN, xx.xx.2018-ci il tarixdə 2.23 AZN, xx.xx.2018-ci il tarixdə 99.60 AZN, xx.xx.2018 -ci il tarixdə 47.70 AZN, xx.xx.2019-cu il tarixdə 0.28 AZN, xx.xx.2019-cu il tarixdə 53.90 AZN, xx.xx.2018-ci il tarixdə 1.87 AZN, xx.xx.2019-cu il tarixdə 51.09 AZN, xx.xx.2019-cu il tarixdə 1.83 AZN, xx.xx.2019-cu il tarixdə 49.02 AZN, xx.xx.2019-cu il tarixdə 0.12 AZN, xx.xx.2020-ci il tarixdə 270.00 AZN, cəmi 1215,83 AZN pul tutulmuş və öhdəlik tam yerinə yetirilmişdir. Bu barədə “xxxxın” onun adına verilən xx.xx.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarış da təsdiq edir ki, o zamindən Bank tərəfindən əmək haqqından cəmi 1215,83 AZN pul tutulmuş və öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh həmin pulun ödənilməsini tələb etdikdə bundan boyun qaçırır. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2016-cı il tarixli, Z-127GTKR162790009 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC-nin Gəncə filialının müdiri X1 şəxsində bir tərəfdən, Azərbaycan vətəndaşı olan “Zamin” X2 digər tərəfdən və Azərbaycan Respublikasının vətəndaşı olan borcalan Cavabdeh Raqif oğlu isə üçüncü tərəfdən müqavilə bağlamişlar; xx.xx.2016-cı il tarixli Razılıq ərizəsinin surətindən görünür ki, Cavabdeh oğlu ilə xx.xx.2016-cı il tarixli, Z-127GTKR162790009 saylı zaminlik müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan məbləğlərin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirqak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirilmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, şahidin ifadəsini iş üzrə təqdim olunmuş sübutlarlara yoxlayaraq,işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı ilə “xxxx”ASC arasında Cavabdeh öhdəliklərinin təminatı kimi zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan məbləğlərin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə razılıq verimişdir. İşdəki ödəniş kartı üzrə çıxarışdan görünür ki, iddiaçının kart hesabından 945 manat 83 qəpik silinmiş, 270 manat pul isə nəğd şəkildə bankın kassasına ödənilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Orucov Raqif İbrahim oğlu bildirdi ki, cavabdeh onun oğludur. O hazırda Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılır. Oğlu pulu bankdan götürsə də o həmin pulun yarısını Əliyə vermişdir.Oğlu tutulduğundan o kredit ödənişinin ona düşən hissəsini ödəyə bilməmişdir. Beləliklə işdə olan zaminlik müqaviləsi, ödəniş tarixçələri və şahid ifadələri ilə müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən həmin öhdəliklər zamin tərəfindən icra edilmişdir. Zaminlik müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək, borcalanın öhdəliyini icra etdikdən sonra borcalana qarşı tələbi təsdiqləyən sənədləri kreditordan almaq hüquqları vardır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd edilən Məcəllənin 475.3-cü maddəsinə görə isə bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “xxxx” ASC-yə ödənilmiş 1215 manat 83 qəpik pul Cavabdeh alınaraq(tutularaq) Nəbiyev (Hacıyev) Əli Əjdər oğluna ödənilməlidir(verilməlidir). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar (məsələn, kredit müqaviləsi) məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1215.83(bir min iki yüz on beş manat səksən üç qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1215.83(bir min iki yüz on beş manat səksən üç qəpik) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Nəbiyev (Hacıyev) Əli Əjdər oğluna verilsin(ödənilsin). Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar